Bütün xəbərlər
14 avqust, 09:41

Biləsuvar şəhər K. Ağayev adına Texniki fənlər təmayüllü məktəb-lisey 2022–2023-cü tədris ilindən şagird qəbulunu mərkəzləşdirilmiş imtahanla həyata keçirir. 

Həmin tədris ilində məktəb-liseydə mərkəzləşdirilmiş imtahanla qəbul olan 23 şagirddən ibarət ilk lisey sinfi formalaşıb. Bu müddət ərzində müəllimlərin fədakar fəaliyyəti nəticəsində ilk lisey sinfi olan 9 “d” sinfinin şagirdləri buraxılış imtahanında böyük uğurlara imza atıblar.

Məktəb-liseyin direktoru Mehman Əliyevin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, bu sinfin 23 şagirdindən 20-si buraxılış imtahanından 200 baldan yuxarı nəticə göstərib, 13 nəfəri isə fərqlənmə attestatına layiq görülüb.

Biz də həmin uğurlu nəticə göstərən bir neçə şagirdlə həmsöhbət olduq.

Şakir Dövlətov deyir ki, buraxılış imtahanında 271 bal toplayıb. O, birinci ixtisas qrupuna hazırlaşır: “Gələcəkdə texnologiya və mühəndislik sahəsində peşəkar olmaq istəyirəm. Dərslərə məsuliyyətlə yanaşmaq lazımdır. Yalnız dərs kitabı ilə kifayətlənmək olmaz. Elmə, texnologiyaya və yeniliklərə maraqlı olmalıyıq, çünki gələcək bilik və bacarıqlara sahib olanların əlindədir”.

Ümid Mirzəzadə qeyd edir ki, gələcəkdə neft-kimya mühəndisi olmağı arzulayır: “Buraxılış imtahanında 264,4 bal toplamışam. İnanıram ki, arzuma çatacağam. Şahmat oynamağa həvəsim var və şahmat yarışlarından sertifikatlar, diplomlar əldə etmişəm. Uğur qazanmaq üçün əzmlə çalışmaq, özünəinam olmalıdır. Həmçinin müəllimlərin verdiyi tapşırıqları sevərək vaxtında yerinə yetirmək lazımdır”.

Simarə Əlizadə buraxılış imtahanında 271,1 bal toplayıb. Gələcəkdə riyaziyyat-informatika müəllimi olmaq istəyir: “Olimpiadalarda iştirak etmişəm və birinci mərhələni keçmişəm. Eyni zamanda, məktəblərarası voleybol yarışlarında da medal qazanmışam”.

Sevinc Qəmbərova deyir ki, hədəfi I qrup üzrə ali məktəbə daxil olmaqdır: “Riyaziyyat və informatika üzrə ali təhsil almaq  istəyirəm. Çünki həm kompüterə, həm də riyaziyyata böyük marağım var. Buraxılış imtahanından 260,1 bal toplamışam”.

Aslan Dövlətzadə buraxılış imtahanında 272 bal toplayıb. Aslanın sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində oxumaq istəyir.
Nazlı Əlili deyir ki, gələcəkdə ali təhsil alıb, öz biznesini qurmaq istəyir. O, buraxılış imtahanından 245 bal toplayıb: “Mən öz biznesimi qurmaq istəyirəm. Rəsm bacarığıma görə fəxri fərman, sertifikatlar almışam. Nəticə əldə etmək üçün vaxtı düzgün idarə etməyi öyrənmək lazımdır”.

Xədicə Kazımlının sözlərinə görə, riyaziyyata çox böyük marağı var. Buraxılış imtahanında da riyaziyyat üzrə 100 bal toplayıb: “Gələcəkdə riyaziyyat müəllimi olmaq istəyirəm. İnanıram ki, bunu bacaracağam. Riyaziyyatla yanaşı, idmana da böyük həvəsim var. İdman üzrə medallarım, diplomlarım var. Buraxılış imtahanında 283,2 bal toplamışam”.

Tunar Məhərrəmli buraxılış imtahanında 258,5 bal toplayıb. Tunar gələcəkdə maliyyə sahəsi üzrə təhsil almaq istəyir: “Bunun üçün çox çalışıram. Olimpiadada fizika fənni üzrə rayon birincisi olmuşam. Riyaziyyat fənni üzrə isə sonuncu tura qədər irəliləmişəm. Uğur üçün çox çalışmaq, əlbəttə ki, vacibdir və məncə, ən önəmlisi dərsdə müəllimlərin dərsinə diqqətlə qulaq asmaq lazımdır. Nizamlı çalışmaq da mənim uğur qazanmağıma çox kömək edib”.


İlknur Urufova deyir ki, ingilis dilinə çox böyük marağı var. Elə buraxılış imtahanında da ingilis dili üzrə 100 bal toplayıb: “Gələcəkdə kimya mühəndisi olmaq istəyirəm və təhsilimi xaricdə davam etdirmək fikrim var. Buraxılış imtahanında 264,1 bal əldə etmişəm”.

Zeynəb Bayramlı buraxılış imtahanında 245 bal toplayıb. Qeyd edir ki, ingilis dilinə xüsusi marağı var: “Gələcəkdə isə həkim kimi fəaliyyət göstərmək istəyirəm. Uğur üçün məqsədli şəkildə çalışmaq lazımdır”.

Fərid Dövlətovun sevimli fənləri fizika, informatika və riyaziyyatdır. Buna görə də gələcəkdə kompüter mühəndisi olmaq istəyir: “Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Davamlı çalışmaq və səbirli olmaq lazımdır. Buraxılış imtahanında 259,2 bal yığmışam”.

Zəhra Abbaslı 9-cu sinif buraxılış imtahanında 268,1 bal toplayıb. Zəhra bildirir ki, gələcəkdə həkim olmaq istəyir və bunun üçün çox çalışır.

Ümid Abbaszadənin də gələcək arzusu həkim olmaqdır. O, buraxılış imtahanında 278 bal toplayıb.

1 /2

Şərhlər

Xəbər lenti

14 avqust, 17:46

Alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcək 9 nəfərdən ibarət ilk qrup dövlət nümunəli sertifikat aldı 

14 avqust, 17:20

SABAH qruplarına müəllimlərin işə qəbulu davam edir

14 avqust, 17:14

MİQ müsabiqəsinin müsahibə mövzuları AÇIQLANIB

14 avqust, 17:13

Qısamüddətli peşə təlimi keçən müdavimlərlə görüş keçirilib

14 avqust, 17:07

“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq

14 avqust, 16:58

347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq

14 avqust, 16:43

Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

14 avqust, 16:39

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir

14 avqust, 16:12

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

14 avqust, 14:17

MÜTDA: “Rəqəmsal məktəb” platformasının nəticələri təhlil edilir

14 avqust, 13:51

Azərbaycanlı alimin rəhbərlik etdiyi komanda yarım milyon dollarlıq qrant aldı

14 avqust, 13:48

Dünyada və Azərbaycanda illik dərs günlərinin sayı nə qədərdir? – ARAŞDIRMA

14 avqust, 13:36

Yeniyetmə və gənclər yarışda: Robot sistemləri dizayn edirlər

14 avqust, 13:27

SABAH qruplarında oxumaq istəyənlər ixtisas seçimində bunu qeyd etməlidirlərmi?

14 avqust, 13:11

Azərbaycanla Özbəkistan arasında elm, peşə və ali təhsil sahələrində əməkdaşlığa dair saziş təsdiqləndi – FƏRMAN

14 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

14 avqust, 12:13

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

14 avqust, 12:05

“Harvard, Stanford, Oksford...” – Nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş 

14 avqust, 11:23

Musiqi təhsili savadlılığı necə inkişaf etdirə bilər?

14 avqust, 11:21

Ən çox elmi dərəcə filologiya sahəsində verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.