Bütün xəbərlər
21 iyun, 16:26

Ölkə üzrə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanları artıq başa çatmaq üzrədir. Coğrafiya fənni üzrə keçirilən imtahanda Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllimləri arasında Cəlilabad və Masallı rayonunun iki müəllimi – Azad Mustafayev və Leyla Rəhimli də fərqlənərək nümunəvi nəticə göstəriblər. 

"Azərbaycan müəllimi" onlardan bu prosesin mahiyyəti, imtahan təcrübəsi barədə fikirlərini öyrənib.

"İmtahana özüm hazırlaşdım"

Masallı şəhəri Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin müəllimi Azad Mustafayev bu il keçirilən sertifikatlaşdırma imtahanında maksimal – 60 bal toplayaraq uğurlu nəticəyə imza atıb. O, pedaqoji fəaliyyətə 2012-2013-cü tədris ilində Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbində başlayıb. 2020-2021-ci tədris ilində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq Masallı şəhəri 2 nömrəli tam orta məktəbində fəaliyyətini davam etdirib. 2024-cü ildə keçirilən müəllimlərin işə qəbul müsabiqəsində 83.25 bal toplayaraq Masallı rayon M.Hacıyev adına Ərəb kənd ümumi orta məktəbinə də qəbul olunub və hazırda iki məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

Azad müəllim sertifikatlaşdırma imtahanı barədə fikirlərini bizimlə bölüşdü: “İmtahan çox yaxşı keçdi. Suallardan razı qaldım. Hər səviyyəyə uyğun suallar var idi. İmtahana tam müstəqil şəkildə özüm hazırlaşdım və düşünürəm ki, məsuliyyətli olan, öz üzərində ciddi şəkildə çalışan hər bir müəllim bu uğuru əldə edə bilər”.  

Onun fikrincə, sertifikatlaşdırma imtahanları müəllimlərin peşəkar inkişafına mühüm təsir edir: “Bu imtahanların hər zaman tərəfdarı olmuşam. Çünki bu proses müəllimlərə maddi dəstək olmaqla yanaşı, onların öz bilik səviyyələrini də qiymətləndirməyə imkan verir. Sertifikatlaşdırma müəllimə zəif və güclü tərəflərini görməyi, öz üzərində işləməyi öyrədir. Bu baxımdan çox faydalı bir layihədir”. 

Gənc müəllimdən səmimi təəssüratlar... 

Cəlilabad rayonunun Ocaqlı kənd Ş.Nəzərov adına 1 nömrəli tam orta məktəbində 2021-ci ildən fəaliyyət göstərən gənc müəllim Leyla Rəhimli də sertifikatlaşdırma imtahanında 59 bal toplayıb. Leyla müəllim öz təəssüratlarını bizimlə bölüşüb: “İmtahan mənim üçün çox rahat keçsə də, hazırlıq prosesi olduqca stresli idi. Hazırlıq zamanı əsas diqqəti sinif dərsliklərinə verdim. Bununla yanaşı, Təhsil İnstitutu tərəfindən keçirilən sınaq imtahanının istiqamətləndirici və faydalı olduğunu düşünürəm".

 Leyla müəllim hesab edir ki, sertifikatlaşdırma prosesi müəllimlərin daim yenilənən təhsil tələbləri ilə ayaqlaşması üçün vacib fürsətdir:

“Sertifikatlaşdırmanın müəllimlərin bilik və bacarıqlarının daha da artmasına geniş imkanlar yaratdığını düşünürəm. Müəllimlər təbii olaraq daim dəyişən cəmiyyət və dünya tələbləri ilə ayaqlaşdıqlarını bu imtahan vasitəsilə sübut edirlər". 

Bir neçə gündür davam edən sertifikatlaşdırma imtahanları göstərir ki, Azərbaycan müəllimi müasir dövrün tələblərinə cavab vermək üçün davamlı olaraq öz üzərində çalışan, bilik və bacarıqlarını artırmağa hazırdır. Gənc və təcrübəli müəllimlərin bu prosesdə fəal və uğurlu iştirakı isə təhsilin keyfiyyətinə verilən ümumi dəyərin göstəricisidir. 

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.