Bütün xəbərlər
26 may, 12:44

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim…”  respublika elmi konfransı keçirilib.

Bu barədə "Azərbaycan müəllimi"nə ADPU-nun Şamaxı filialından məlumat verilib. 

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyəti və ADPU-nun rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin şair və yazarları, ölkənin nüfuzlu elm və təhsil ocaqlarından alimlər, Şamaxı təhsil nümayəndələri, filialın kollektiv üzvləri, məzun və tələbələri iştirak ediblər.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında bildirib ki, Seyid Əzim Şirvani kimi şəxsiyyətlərin irsi gənc nəslin milli-mənəvi dəyərlərlə tərbiyəsində əvəzsiz rola malikdir. O, belə tədbirlərin yalnız yubiley qeydindən ibarət olmayıb, milli kimliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov şairin maarifçilik fəaliyyəti və pedaqoji fikirlərinə toxunaraq, onun məktəb və müəllim anlayışlarına verdiyi önəmin bu gün də aktuallığını saxladığını qeyd edib.

Prezident təqaüdçüsü, filoloq alim və ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Seyid Əzim Şirvaninin ədəbi irsinə filoloq baxışını təqdim edib, onun yaradıcılığının realizm, satira və didaktikanın uğurlu vəhdətini əks etdirdiyini diqqətə çatdırıb.

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova konfransın elmi, pedaqoji və mənəvi əhəmiyyətindən danışaraq, Seyid Əzim Şirvaninin ideyalarının milli dəyərlərə sevgi və elmin təşviqinə xidmət etdiyini vurğulayıb.

Açılış mərasimi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının və Şamaxı filialının tələbələrinin ifasında Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət kompozisiya ilə davam edib.

Konfrans 6 bölmədə 200-dən artıq məqalə ilə ADPU-nun Şamaxı filialında işini davam etdirib. Tədqiqatçılar şairin poeziyası, pedaqoji baxışları, ədəbi mühiti və dövrünün ictimai-siyasi prosesləri ilə bağlı araşdırmalar təqdim ediblər.

1 /5

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.