Bütün xəbərlər
26 may, 16:20

Gəncə Dövlət Universitetində (GDU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun nümayəndələri, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan və Gürcüstandan gəlmiş alimlər, tədqiqatçılar, universitet rektorları və elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə Ulu Öndərin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Daha sonra sərgi nümayiş etdirilib, Dövlət Himni səsləndirilib və Heydər Əliyevin siyasi irsinə həsr olunmuş videoçarx təqdim olunub.
Universitetin rektoru Yusif Yusibov açılış nitqində Ulu Öndərin elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, bu konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr olunub, 500-dən çox elmi məqalə 5 cilddə nəşr edilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyə və digər ölkələrdən olan tanınmış alimlər çıxış edərək tədbirin əhəmiyyətindən və elmi əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs ediblər.
Akademik Vaqif Abbasov və AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun qlobal ekoloji problemlər, təmiz ətraf mühit və ekoloji tarazlıq mövzularında məruzələri dinlənilib.
Konfrans 16 bölmə üzrə iclaslarla davam edib. Yerli və xarici universitetlərin professorlarının iştirakı ilə tələbə və müəllimlər üçün ustad dərsləri təşkil olunub.

1 /6

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.