Bütün xəbərlər
3 iyun, 13:35

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu ziyanın real miqyası uzun illərdir rəsmi rəqəmlərlə müqayisədə xeyli az göstərilir.

Birləşmiş Millətlər Təşkilatının  (BMT) Fəlakət Riskinin Azaldılması Ofisinin son hesabatına görə, bu tip fəlakətlərin səbəb olduğu iqtisadi itkilər əslində ehtimal olunandan azı 10 dəfə çoxdur.

Sənəddə qeyd olunur ki, zəlzələ, daşqın və torpaq sürüşməsi kimi fəlakətlər təhsil, səhiyyə və daşınmaz əmlak kimi həyati sahələrə ciddi ziyan vurur.

Ofisin hesablamalarına əsasən, bu fəlakətlərin illik iqtisadi xərci orta hesabla 200 milyard dollar olsa da, əsl rəqəmlər çox zaman tam əhatə olunmur. Belə ki, lokal miqyaslı, insan itkisi ilə nəticələnməyən hadisələr statistikaya daxil edilmir və nəticədə ortaya çıxan rəqəmlər gerçək mənzərəni tam əks etdirmir.

Qurumun eksperti Jenti Kriş-Vud da bildirir ki, hesabatlarda yer alan rəqəmlər yalnız buzdağının görünən hissəsidir və reallıqda ölkələrə dəyən ziyan bundan qat-qat artıqdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani ilk olaraq bildirib ki, bu sahədə elmi təhlil və qiymətləndirmələrin aparılmasında müəyyən uyğunsuzluqlar mövcuddur:

“Uzun illərdir təbii fəlakətlər nəticəsində dəyən iqtisadi ziyanların ümumi həcmi demək olar ki, dəyişməz qalmaqdadır. Bunu biz BMT-nin təbii fəlakətlərlə bağlı təqdim etdikləri hesabatlarda görə bilərik. Ümumi iqtisadi itkilərin dəyişməz olaraq qalması həm şübhə, həm də sual doğurur. Çünki dünya üzrə müşahidə edilən iqlim dəyişikliyi, ekoloji təcavüzlər, ətraf mühitin deqradasiyası, səhralaşma prosesinin intensivləşməsi, təbii fəlakət hadisələrinin dövriliyinin azalması və s. bu problemlərin kəskin hal almasını bir daha sübut edir.

Təbii fəlakətlər nəticəsində dəyən ziyan əslində hesablanandan dəfələrlə çoxdur. Bu fərqin əsas səbəbi birbaşa və dolayı ziyanlar arasındakı fərqlə bağlıdır.  Birbaşa ziyanlar – məsələn, əmlaka və şəxsi təsərrüfatlara dəyən itkilər – sığorta şirkətləri tərəfindən müəyyənləşdirilə bilir. Lakin dolayı ziyanların hesablanması olduqca çətin bir prosesdir və bəzi hallarda onların hesablanması ümumiyyətlə mümkün olmur. Çünki dolayı ziyanların hesablanma mexanizmləri hələ də təkmilləşdirilməyib”.

Z.İmraninin sözlərinə görə, dolayı ziyanlara misal olaraq əkin sahələrinə dəymiş ziyanı göstərmək olar:

“Bir il ərzində məhsulun əldə edilməməsi ilə məhdudlaşmayan bu ziyan bəzən iki-üç il təsirini göstərə bilir. Məsələn, əkin sahəsinin su altında qalması ilə ona dəyən ziyan qısa vaxt ərzində, yəni bir il müddətində hesablanır və sahibkara müəyyən kompensasiya ödənilir. Lakin bir il üçün məhsul ekvivalentinin hesablanması düzgün deyil; əslində dəyən ziyan onunla bitməməli və ziyanın həcmi daha bir neçə il özünü göstərdiyi üçün bu amil də nəzərə alınmalıdır. Rəsmi statistikada əsasən zəlzələ, sürüşmə və daşqın halları qeyd olunur. Lakin bu sıraya digər təbii fəlakətlər də əlavə edilməlidir. Keçən il qeyd olunub ki, əsas təbii fəlakətlərə: zəlzələ, sürüşmə və daşqınla yanaşı, sel hadisələrini də aid edə bilərik.

Avropanın iri şəhərləri sel suları altında qalmış və ölkə iqtisadiyyatına ciddi ziyanlar dəyib. Bu il isə Azərbaycanda Xaçmaz və Lənkəran zonalarında aramsız yağan yağışlar zamanı çaylarda suyun səviyyəsi xeyli qalxıb, sel hadisələri baş verib. Nəticədə çaylar məcrasından çıxaraq ətraf əraziləri su altında saxlayıb. Təbii fəlakətin qarşısını almaq üçün yerli icra nümayəndəlikləri, bələdiyyələr, FHN əməkdaşları bu işə cəlb olunublar və bu da öz növbəsində iqtisadi ziyanlara səbəb olub. Dolu hadisələri də kifayət qədər kənd təsərrüfatı sahələrinə ziyan vurur. Bu kimi halların hər biri ümumi ziyan balansına daxil edilməli və dəqiq şəkildə qiymətləndirilməlidir”.

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.