Bütün xəbərlər
29 may, 12:00

Qarabağ Universitetinin ilk tədris ili başa çatmaq üzrədir. Bu təhsil ocağına yüksək balla daxil olan və digər univeristetlərdən gələn tələbələr də az olmayıb. Heç şübhəsiz ki, onları buraya gətirən Qarabağ sevgisi, vətən sevdasıdır. Universitetin ilk tələbələri ilk ili necə keçirdilər, Qarabağ mühitinə alışdılarmı, şəraitlərindən razıdırlarmı? Bütün bunlarla bağlı gənclərin fikrini öyrəndik. 

Xatırladaq ki, 2024-cü ildə fəaliyyətə başlayan universitetin 6 fakültəsində 27 ixtisas üzrə 1154 tələbə təhsil alır.

Nümunəvi tələbələrdən biri Həmidə Muradovadır. Balakəndə doğulub, tam orta təhsilini də rayonun Qabaqçöl qəsəbəsində alıb. 2024-cü ildə 537.9 balla Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Maliyyə ixtisasına yiyələnəcək. Onunla təkcə təhsildən deyil, Qarabağdan da danışdıq, buraya necə alışa bildiyini, yataqxananın şəraitindən bəhs etdik, Qarabağın soyuq qışının necə keçdiyini soruşdum:

“Mənim doğulub böyüdüyüm Balakən də sərt iqlimə sahibdir, orada qış soyuq keçir, odur ki, heç əziyyət çəkmədim. Mənim yüksək balla İqtisadiyyat Universitetinə qəbul olmaq, orada oxumaq imkanım vardı. Amma məndə uşaqlıqdan Qarabağa maraq vardı. Gözümü açandan bu torpaqların işğal altında olduğunu görür və bilirdim. Hər zaman maraqla düşünmüşəm buraları. Odur ki, fürsəti dəyərləndirdim, yəni Qarabağı görmək və orada yaşamaq, təhsil almaq fürsətini.

Bu torpaqlarda neçə-neçə gəncin arzuları yarımçıq qalıb, şəhid olublar, torpaqlarımızı canları-qanları bahasına alıblar. Onlar bu torpaqları bizim üçün azad ediblər. Azad ediblər ki, bu torpaqların üstündə xoşbəxt yaşayaq. Odur ki, tərəddüd etmədən burada oxumağa qərar verdim. Qoy şəhidlərimizin ruhu şad olsun!”

– Yaz sessiyasına necə hazırlaşırsan?

– Təkcə mən yox, bütün tələbələr məsuliyyətlə hazırlaşırlar. Dərsdən sonra günümüz kitabxanada keçir. Yaz sessiyasında yüksək nəticə əldə etmək, dil biliyimi artırmaq niyyətindəyəm. Yarışlarda iştirak edirəm, əlbəttə, uğurlar qazanıram. Dahi Sokratın bir kəlamı var: “Bildiyim tək şey, heç nə bilməməyimdir”. Bilmədiyimiz çox şey var, bunun üçün də daima öz üzərimizdə çalışmalıyıq. Öyrənmək üçün ən münasib vaxt indidir.

– Yataqxana şəraitinizdən razısanmı? Necə həyat tərzi keçirirsiniz orada?

– Çox rahat və uyğundur, yataqxanamız tərtəmiz, səliqəlidir, hər bir imkan var. Burada bir həyat məktəbi keçirik. Bilirəm ki, mənim kimi bu həyatı keçənlər sərbəst yaşamağı, harada olsalar, ayaq üstə durmağı bacaracaqlar. Keçirdiyim hər gün universitet seçimimlə bağlı doğru qərar verdiyimə bir daha əmin oluram. Burada mən bir çox uğurlara imza atmışam, layihələrə qoşulmuşam, dil biliyimi artırmışam. Universiteti bitirdikdən sonra da Qarabağda qalıb işləmək istəyirəm.

Elmira Cəfərova da tələbədir. Vətəndən uzaqlarda – Moskvada doğulub, Mingəçevirdə böyüyüb, orta təhsilini də orada alıb. Elmira 2023-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2024-cü ildə SABAH qruplarında imtahan verərək Qarabağ Universitetinə keçib. Hazırda “Hüquqşünaslıq” ixtisası üzrə 2-ci kurs tələbəsidir. Onun da arzusu Həmidə kimi Qarabağda qalıb yaşamaq və işləməkdir. O, öz fikirlərinə belə başlayır: 

- Buraya köçürülən insanların şübhəsiz ki, hüquqşünaslara ehtiyacı olacaq. Onlara kömək etməkdən, haqq və hüquqlarını qorumaqdan zövq alacağam. Bir Azərbaycan vətəndaşı kimi Qarabağ iqtisadi rayonunun qurulması və inkişafında fəaliyyət göstərmək istəyirəm.

Yay sessiyası ilə bağlı fikirləriniz də maraqlıdır.

– Müəllimlərimizin peşəkarlığı və dərs keçmə metodları sayəsində çox faydalı biliklər əldə etmişik. Ümid edirəm ki, yüksək nəticələr əldə edəcəyik.

– İlk dəfə bu şəhərə qədəm qoyduğun günü necə xatırlayırsan?

– Həmin gecə səhərə kimi yata bilmədim. Sevinclə kədərin ağuşundaydım. İnandırıcı gəlmirdi, dünənə qədər bu günlərin xəyalını yaşayırdıq. Ali Baş Komandanımızın qətiyyəti və müzəffər ordumuzun şücaəti nəticəsində həsrətində olduğumuz torpaqlar işğaldan azad olundu. Bundan böyük sevinc olmazdı. Kədərləndim ki, neçə-neçə igidimizin ömrü yarıda qırılıb.

Gələcəyin hüquqşünası olaraq, ədalətə xidmət etmək istəyirəm. Belə yüksək şəraiti olan universitetdə təhsil almaq xoşbəxtlikdir. Müasir dövrün standartlarına cavab verən avadanlıqlarla təmin olunub, yataqxana şəraitimiz idealdır. Universitetdə və yaşadığımız bu gözəl şəhərdə bizə yaratdıqları şəraitə görə ölkə başçısına, elm və təhsil nazirinə təşəkkür edirəm. Universitetin rektoru Şahin Bayramov tələbələrin dostu, qardaşıdır. Çox səmimi və əsl ziyalıdır.

Sonuncu müsahibimiz İman Zərbiyevdir. O da nümunəvi tələbədir. Tələbəlik həyatı, uğurları, dərslərinin gedişatı ilə bağlı söhbətləşdik. 2023-cü ildə 568 bal toplayaraq UNEC-ə daxil olub. Maliyyə ixtisasına yiyələnirdi. FA (Financial Accounting) beynəlxalq mühasibat sertifikatından 94 bal toplayıb. Bu qədər uğurlarına baxmayaraq, 2024-cü ildə imtahan verərək Qarabağ Universitetini seçib.

İman burada dərslərin daha yüksək səviyyədə keçirildiyini söyləyir. Müəllimlərdən söhbət düşəndə Elxan onlardan ağızdolusu danışır:

- Proaktiv metodlarla dərs keçirlər. Yaddaşımızda tez qalır. Dərsdən kənar vaxtlarda da bizimlə olur, bilmədiklərimizi öyrətməyə çalışırlar. Səmimidir, onunla dost-qardaş kimiyik. Firudin müəllim isə bizim ixtisas müəllimimizdir, maliyyənin incəliklərini öyrədir. Tez-tez onlayn görüşlər təşkil edir ki, bu da ixtisasımızın dərindən öyrənilməsində böyük rol oynayır”.

Yay imtahanlarına hazırlaşırsanmı?

– FA imtahanında uğur qazanmış iki yoldaşımla birlikdə yay imtahanına ciddi hazırlaşırıq. Yüksək nəticələr əldə etmək üçün gecə-gündüz çalışırıq. Bu universiteti yüksək qiymətlərlə bitirib xaricdə təhsil almaq niyyətindəyik.

- Qarabağ univeristeti sizə nələri qazandırır?

– Evimizdə  rahat idik, univeristetin yataqxanasında qalanda isə məsuliyyətimizi dərindən hiss etdik. Bura bizə sərbəst yaşamağı öyrətdi. Müəllimlərimizin biz tələbələrə yanaşma üsulu bam başqadır. Onlar bizimlə dost, qardaş kimi davranırlar. İxtisasımızı dərindən öyrənmək üçün əllərindən gələni əsirgəmirlər. Bilmədiklərimizi də dərsdən sonra  öyrədirlər. Bu bizə ən böyük dəstəkdir.

– Təhsilinizi başa vurduqdan sonra harada işləyəcəksiniz?

– Bakıda  və ya xarici ölkələrin birində işləmək istəyərdim. Qarabağda iş yerləri açılsa, burada da böyük həvəslə qalıb işlərdim.  

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.