Bütün xəbərlər
test
14 yanvar, 14:06

Elm və Təhsil Nazirliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə "Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirələr keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamağın sahibkarlar, təhsil sistemi və cəmiyyət üçün mühümlüyündən danışıb.

"Ölkəmizdə 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir", - deyə o qeyd edib.

C.Kərəmov çıxışında bu il Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacağını da diqqətə çatdırıb.

Tədbir panel müzakirələrlə davam edib. Şirkət direktorları peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, tədbirdə dövlət qurumları ilə yanaşı, peşə təhsili sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri, tikinti sektorunun aparıcı şirkətlərinin rəhbərləri və peşə təhsil müəssisələrinin rəhbər və müəllim heyəti iştirak edib.

Müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələləri olub.

1 /9

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/f015ec30-f035-49df-873f-da15b87035fe_eee9b327-d311-47bf-a2ed-7818891515bf.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/938bc52e-0fc6-427f-9afe-3b0e73eb08ca_249fb2dc-8531-4f04-ae8a-a00f5c780d76.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/52afaab7-bffa-45a5-a3cf-bb0cbba7adde_4cedc529-375b-4b11-8937-fd5d0a736998.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/052adfcd-a88b-4077-8d5e-7f2b2973b9ed_6e81d3a2-3b57-4984-afd7-89ca00aeca55.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/7dc0e856-83bd-41fd-a75c-190f1f5f5f05_8feccd54-42ce-4b7a-9365-cc4dbed6ed28.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/d91b481e-d3b6-465f-9e9b-6498a9ee2584_e1dac07f-d4b6-4f06-b680-4d18197db595.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/f3114aef-fbf6-4679-93b6-eaf5de2efa93_03e77f6a-f16e-4a39-b5f4-76392c8eba26.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/43589285-041b-4f64-ba4e-8e956a254de7_a44e7956-b885-4441-a81d-a602a430ea83.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/1408e8ad-41fc-4196-b182-ff2afc187e54_3f2efda7-1123-4512-be8d-c3ded0175c8d.jpg

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.