Bütün xəbərlər
21 iyun, 17:40

Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesində Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin müəllimləri olan Novruz Hüseynli və onun həyat yoldaşı Raidə Hüseynli yüksək bal toplayaraq uğur qazanıblar. 

"Azərbaycan müəllimi" gənc ailə ilə həmsöhbət olub,  onların  sevincini bölüşüb.

Novruz Hüseynli 2012- 2016-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb. Magistr təhsili almaq üçün isə 2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində oxuyub. 

Əslən Şərur rayonunun Axura kəndindən olan müəllim 8 ildir ki, Danyeri kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. Sertifikasiya imtahanında 55 bal toplayıb. Deyir ki, imtahan gözlədiyindən rahat keçib: 

"Heç təsəvvür etmitdim ki, belə rahat olar. Düzdür, çətin suallar var idi,  amma mənə asan gəldi. Bizim təzə toyumuz olduğu üçün başımız ona qarışmışdı, ona görə mən də, həyat yoldaşım da, demək olar ki, imtahana hazırlaşa bilmədik. Suallar sinifdə dediyimiz dərslərdən idi. Hər ikimiz üçün imtahan asan oldu".

Sertifikatlaşdırma onların ailə büdcəsinə də təsir edəcək. Müəllim deyir ki, hər ikisinin aylıq maaşının 35 faiz artması  onların xeyrinə olacaq:

"Məncə, əlli baldan aşağı toplamaq bir müəllimin savad göstəricisi deyil. Bundan sonra imtahan verənlərə uğurlar arzulayırıq”.

Novruz müəllim imtahan günündə yoldaşını İmtahan Mərkəzinin binası qarşısında gözlədiyindən onun da sevincli xəbərini tez alıb. Deyir ki, yoldaşının daha yüksək bal toplayacağını gözləyib və əslində, elə  gözlədiyi kimi də olub. 

Danyeri kənd tam orta məktəbin müəllimi Raidə Hüseynli  isə ingilis dili fənnindən 52 bal toplayıb. Əslən Şərur rayonunun Düdəngə kəndindən olan müəllim 2017-2021-ci illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alıb. 2022-ci ildə MİQ imtahanından 53 bal toplayıb. Artıq 3,5 ildir ki, Danyeri kənd tam orta məktəbində çalışır. Onun sözlərinə görə, imtahanın sualları orta çətinlikdə idi: 

"Hər səviyyədən suallar var  idi, oxuyub anlamaya üstünlük verilmişdi. Hazırlığa vaxt baxımından imkanım olmasa da, sualları rahatlıqla yaza bildim". 

O, bundan sonra imtahan verən müəllimlərə uğurlar arzulayaraq əlavə edir ki, ingilis dilindən imtahan verəcək müəllimlər oxuyub anlama mətnləri üzərində çox çalışsınlar, çünki əsas vaxt aparan suallar onlar idi. 

Hazırda Naxçıvan şəhərində yaşayan və hər gün kəndə gedib-gələn Novruz və  Raidə müəllimin iyunun 14- də toyları olub, 18 və 19-da isə imtahan veriblər. Hər ikisi də imtahan cavablarını eşidəndə çox sevinib, evlərində yenidən toy-bayram olub.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.