
“Artıq qəbul imtahanları başa çatıb. 2025-ci il üzrə 60 489 plan yeri ayrılmışdı, lakin bu yerlərə 126 928 nəfər sənəd verib. Yəni plan yerlərinə müraciət edənlərin sayı təxminən iki dəfə çoxdur. Bu da müxtəlif qruplar üzrə fərqlənir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib.
O bildirib ki, sərginin əsas məqsədi abituriyentləri maarifləndirmək, onların seçimlərinə dəstək vermək və ali təhsil müəssisələrinin özlərini tanıtması üçün unikal bir platforma yaratmaqdır: “Tədbirdə 40-a yaxın ali təhsil müəssisəsi iştirak edir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Krediti Fondu kimi qurumlar da öz stendləri ilə təmsil olunurlar. Abituriyentlər bu stendlərdə ali təhsil müəssisələri haqqında ətraflı məlumat ala bilərlər. Bu məlumatlar sırasında tədris proqramları, təcrübə imkanları, təqaüdlər və mövcud ixtisaslar barədə bilgilər var. Tədbirin əsas məqsədi abituriyentlərlə birbaşa ünsiyyət qurmaq və onlara düzgün istiqamət verməkdir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər