Bütün xəbərlər
20 iyun, 15:50

“QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə 9 universitetimizin yer alması qürurverici haldır.

Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov deyib.

O söyləyib ki, ölkə tarixində ilk dəfə olaraq “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə 9 universitetimizin yer alması, onlardan altısının ilk dəfə bu nüfuzlu reytinqə daxil olması ölkəmizin yalnız ali təhsil sahəsində deyil, bütövlükdə elmi və akademik nüfuzunun beynəlxalq müstəvidə gücləndiyini nümayiş etdirir:

“Xüsusilə Azərbaycan Dövlət İqtisad Universitetinin 2025-ci ilin iyun ayında açıqlanan “QS World University Rankings 2026” və “THE Impact Rankings 2025” nəticələrinə əsasən, mühüm uğurlara imza atmasının sevindirici hal olmasını qeyd etmək istərdim. Universitetimizin hər iki reytinq üzrə göstərdiyi nəticələr UNEC-in strateji inkişaf istiqamətində atdığı məqsədyönlü addımların və beynəlmiləlləşmə siyasətinin effektivliyini göstərir. 

Təsadüfi deyil ki, bu il UNEC həmçinin “QS Stars” akkreditasiyası üzrə 9 nominasiyadan 7-sindən 5, 2-sindən isə 4 ulduz alaraq beynəlxalq mövqeyini daha da gücləndirmişdir. 

UNEC bu il “QS 2026 dünya universitetlərinin reytinqi”ndə 801–850 aralığında qərarlaşaraq universitet tarixində mühüm bir mərhələni geridə qoydu. Ötən il adıçəkilən reytinqdə 1001–1200 aralığında yer alan UNEC bu nəticə ilə ölkə üzrə ikinci ən yüksək göstəriciyə sahib olub. Bu ali təhsil müəssisəmizin qlobal elm və təhsil məkanında mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir”.

Prorektorun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksək templə inkişafı ölkəmizin ali təhsil tarixində əlamətdar hadisə olmaqla, keyfiyyət qiymətləndirilməsi prosesində beynəlxalq standartlara cavab verən inkişaf göstəricilərinin tətbiqindən xəbər verir. 

Hüseyn Həsənov qeyd edib ki, Azərbaycanın ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar artıq ciddi nəticələr verməyə başlayıb. İxtisaslı müəllim heyətinin artırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və xarici tələbələrin cəlbi bu nailiyyətlərin əsasını təşkil edir: “Universitetlərimizin beynəlxalq  reytinqə daxil olması yalnız statistik göstəricilər deyil, həm də gələcək üçün bir çağırışdır: daha yüksək hədəflər üçün davamlılıq və keyfiyyət əsas prioritet olmalıdır”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.