Bütün xəbərlər
2 iyun, 18:37

Günəş sisteminin kənarında yeni mümkün cırtdan planet aşkar edilib

“Azərbaycan müəllimi” “Reuters”ə istinadən xəbər verir ki, alimlər Günəş sisteminin kənarında, soyuq və əlçatmaz bir bölgədə yerləşən, təqribən 700 km (435 mil) diametrində olan bir obyekt müəyyən ediblər. Bu obyektin xüsusiyyətləri onu cırtdan planet kateqoriyasına daxil etmək üçün potensial namizəd edir.

“2017 OF201” adlandırılan bu səma cismi Neptunun kənarında yerləşən və çoxsaylı buzlu göy cisimləri ilə zəngin olan Koyper qurşağından da uzaqda yerləşən trans-Neptun obyektlərinə aiddir. Alimlərin sözlərinə görə, bu obyekt Günəş ətrafında son dərəcə uzanmış bir orbit üzrə hərəkət edir və bir dövrünü tamamlaması təqribən 25 min il çəkir. Bu isə Yer planetinin 365 günlük orbit dövrü ilə müqayisədə fövqəladə dərəcədə uzun müddətdir.

Obyektin mövcudluğu Günəş sisteminin bu uzaq bölgələrinin əvvəllər düşünüləndən daha zəngin və sirli ola biləcəyini göstərir. ABŞ-nin Prinston şəhərində yerləşən Təkmil Araşdırmalar İnstitutunun astrofiziki Sihao Çenqin rəhbərliyi ilə aparılan araşdırmalarda Çili və Havay teleskoplarından yeddi il ərzində əldə olunan müşahidələrdən istifadə olunub.

Çenq bildirib ki, obyektin ölçüləri onu cırtdan planet kimi təsnif etmək üçün kifayət qədər böyükdür. “Orbitinin çox geniş və eksantrik olması onun keçmişdə maraqlı orbital miqrasiya yaşadığını göstərir”, – deyə alim qeyd edib.

“2017 OF201”in ölçüləri Günəş sisteminin tanınmış beş cırtdan planetindən ən kiçiyi olan, 950 km diametrə malik Sereradan bir qədər kiçikdir. Məsələn, Plutonun diametri 2377 km təşkil edir. Yeni aşkarlanan obyektin kütləsi Yerin kütləsindən təxminən 20 000 dəfə, Plutonun kütləsindən isə 50 dəfə az hesab edilir.

Çenq qeyd edib ki, obyektin hələlik dəqiq forması və tərkibi məlum deyil: “O, çox uzaqdadır və teleskoplar vasitəsilə görüntüləmək çətindir. Amma ehtimal olunur ki, tərkibi digər buzlu göy cisimlərinə bənzərdir”.

Kəşf Beynəlxalq Astronomiya İttifaqının Törəmə Planetlər Mərkəzi tərəfindən rəsmi olaraq elan edilib və “arXiv” jurnalında dərc edilib. 

Hazırda “2017 OF201” Günəşdən 90,5 astronomik vahid (AV) məsafədə yerləşir, bu da Yerin Günəşə olan məsafəsinin 90,5 qatı deməkdir. Onun orbitinin ən uzaq nöqtəsində isə bu məsafə 1600 AV-dən çox olur. Ən yaxın nöqtədə isə bu məsafə təqribən 45 AV-dir, bu da Plutonun 30-49 AV arasında dəyişən orbitinə bəzən yaxınlaşması deməkdir.

Tədqiqatçılar bu ekstremal orbitin qədimdə nəhəng bir planetin cazibə təsiri ilə dəyişmiş ola biləcəyini güman edirlər.

Çenq qeyd edib: “Hazırda 150 AV-dən uzaqda yerləşən obyektləri birbaşa müşahidə etmək çətindir. Ancaq bu obyektin mövcudluğu göstərir ki, bu cür orbitə və ölçüyə malik yüzlərlə başqa cisim də mövcud ola bilər, sadəcə onları hələ aşkar edə bilmirik”.

Hazırda Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan beş cırtdan planet bunlardır: Serera (Mars və Yupiter arasında yerləşir), Pluton, Haumea, Makemake və Eris (bunların hamısı Neptunun kənarında dövr edir).

Cırtdan planet və planet arasında fərq isə ondan ibarətdir ki, hər iki kateqoriya Günəş ətrafında dövr etməli və əsasən sferik formaya malik olmalıdır. Lakin planetlər orbitlərini tam “təmizləyirlər”, yəni yaxın ərazilərdə öz ölçüsündə başqa obyektlər olmur. Cırtdan planetlər isə bu şərti ödəmir.

Sihao Çenq qeyd edib ki, bu yeni kəşf Günəş sistemində hələ aşkarlanmayacaq “doqquzuncu planet” – Planet X və ya Planet Nine haqqında mövcud nəzəriyyələrə təsir göstərə bilər. Belə ki, əvvəllər trans-Neptun obyektlərinin oxşar orbitlərdə “toplaşması” bu ehtimal olunan planetin cazibəsi ilə izah edilirdi. “2017 OF201”in bu sıralamadan kənar olması bu nəzəriyyəyə təsir edə bilər. 

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.