Bütün xəbərlər
2 iyul, 09:53

Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan tədqiqatla bağlı məqalə Q1 kateqoriyasında olan, “Web of Science”, “Scopus” və digər sistemlərdə indekslənən jurnalda dərc olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqat AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Ülviyyə Nəhmətova, Mətanət Əliyeva, uzman klinik psixoloq Narınc Rüstəmova, Fuad Əsədov və Ülkər Zalova Nuriyevanın iştirakı ilə həyata keçirilib. Onların müəllifliyi ilə hazırlanmış “Uşaq və yeniyetmələr üçün psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyası: Psixoloji distres, rifah və həyatdan məmnunluqla əlaqəsinin araşdırılması” adlı məqalə “Web of Science”, “Scopus”, “Index Copernicus”, “Erih Plus” kimi nüfuzlu beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan, Q1 kateqoriyasında olan “The Journal of Education, Culture and Society” jurnalının 2025-ci ilin 1-ci nömrəsində dərc olunub.

Tədqiqatın əsas məqsədi psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyasını həyata keçirmək, onun həyat məmnuniyyəti və rifah ilə əlaqələrini empirik olaraq qiymətləndirmək olub.

Tədqiqatda kimlər iştirak edib?

Tədqiqatda 11-18 yaş aralığında olan 2217 nəfər (“1302 qadın, 915 kişi) iştirak edib. Onların 1302-si qadın, 915-i isə kişidir.

Tədqiqatın nəticələri göstərib ki...

Azərbaycanlı yeniyetmələrin psixoloji distres səviyyəsi CAPDS-10 şkalası ilə etibarlı şəkildə ölçülə bilər. Beləliklə, bu şkala Azərbaycan kontekstində psixometrik baxımdan uyğun alət kimi təsdiqlənib.

Psixoloji distres səviyyəsi ilə təşviş, stres və depressiya simptomları arasında müsbət korrelyasiya müşahidə edilib, yəni bu simptomlar artdıqda psixoloji distresdə də artım müşahidə olunur.

Psixoloji distres ilə həyat məmnuniyyəti və rifah arasında mənfi əlaqə mövcuddur. Belə ki, distres səviyyəsi azaldıqda, rifah və məmnunluq səviyyələrinin artması müşahidə olunur.

Məqalə ilə linkə keçid edərək tanış olmaq olar: https://www.jecs.pl/index.php/jecs/article/view/1729

Şərhlər

Xəbər lenti

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.