Bütün xəbərlər
25 sentyabr, 11:59

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri məlum olub.

"Azərbaycan müəllimi" qəzeti Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə müsahibə mərhələsində maksimum nəticə toplayan bir neçə müəllimlə həmsöhbət olub.

Nurəddin Abasov Biləsuvar rayonu N.Nərimanov adına 6 nömrəli tam orta məktəbdə 12 ildir ki, kimya fənnini tədris edir. Test imtahanı mərhələsindən 51, müsahibə mərhələsindən isə 40 bal toplayıb:

"Müsahibə mərhələsi mənim üçün yaddaqalan bir təcrübə oldu. Orada təkcə bilik yox, həm də müəllimin düşüncə tərzi, şagirdlərə yanaşmas qiymətləndirilirdi. Suallara cavab verərkən sinifdəki gündəlik fəaliyyətimdən, şagirdlərimlə qurduğum münasibətdən danışdım. Bu məqam məni həm həyəcanlandırır, həm də qürurlandırdı. Düşünürəm ki, bu müsahibə müəllimlər üçün özünü təqdim etməyin, həm də peşəsinə olan sevgisini göstərməyin ən gözəl fürsətidir. Bu mərhələyə məsuliyyətlə hazırlaşmışdım. Sadəcə nəzəri biliklərlə kifayətlənmədim, pedaqoji təcrübəmi, dərsdə tətbiq etdiyim metodları da nəzərdən keçirdim. Ən əsası isə gündəlik müəllim fəaliyyətimə güvəndim. Çünki inanıram ki, müəllim üçün ən böyük hazırlıq onun hər gün sinifdə gördüyü işdir. Müsahibədə uğur qazanacağıma inanırdım. Çünki 12 il ərzində qazandığım təcrübə və dərsə olan bağlılığım məni bu mərhələyə hazır etmişdi".

Daha bir maksimum nəticə toplayan müəllim Elnarə Quliyevadır. O, Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə çalışır. 21 ildir ki, biologiya fənnini tədris edir:

"Birinci mərhələdən 56, ikinci, müsahibə mərhələsindən isə 40 bal nəticə göstərdim. Müsahibə çox şəffaf keçdi. Demək olar ki, suallar hər bir müəllimin dərsdə tətbiq etdiyi fəaliyyətə dair idi. Müsahibə mərhələsinə hazırlaşırdım, əsasən tədris metodikası və fənn üzrə biliklərimi sistemləşdirdim. Uğur qazanacağıma inanırdım, çünki öz üzərimdə daima çalışıram".

Aytəkin Zöhrabova 2019-cu ildə Salyan rayon Noxudlu kənd tam orta məktəbində informatika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2022-ci ildən isə MİQ müsabiqəsində iştirak edərək Salyan şəhər 6 nömrəli məktəbdə fəaliyyətini davam etdirib:

"Öz üzərimdə daim işləməyim hesabına sertifikasiyanın 1-ci mərhələsində 60 balın 56-sını topladım, 2-ci mərhələdə isə maksimum nəticə göstərdim. Topladığım bal deməyə əsas verir ki, müəllim işinə sevərək və lazımi həssaslıqla yanaşarsa, illik, gündəlik planlamasını, qiymətləndirməni, eləcə də dərsin gedişatını mövzuya uyğun edərsə, özünü təkmilləşdirərsə, yüksək nəticəni hər hansı xüsusi hazırlıq etmədən də toplaya bilər. Necə ki, mən bunu bacardım”.

Nuranə Mahmudova da müsahibə mərhələsində maksimum nəticə göstərən müəllimlərdəndir. Hazırda Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində informatika müəllimi işləyir:

"12 illik stajım var. Sertifikasiyanın birinci mərhələsində 58 bal toplamışam. Müsahibə mərhələsindən 40 bal toplamışam. Müsahibə mərhələsi şəffaf keçirildi, suallar orta səviyyədə idi, fənni, metodika və kurikulumu əhatə edirdi. Sertifikasiya imtahanının birinci mərhələsində olduğu kimi, ikinci mərhələsinə də hazırlaşmışam, bunun üçün həm həmkarlarımla müzakirələr aparmışam, həm də nümunəvi videoçarxlar izləmişəm. İmtahanın hər mərhələsinə məsuliyyətlə yanaşdım və bu yolda uğur qazanacağıma əmin idim. İlk əvvəl həyəcanın olması normal idi, daha sonra özümü tənzimlədim və sanki gündəlik kiminləsə söhbət edirmiş kimi verilən sualları cavablandırdım".

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.