Bütün xəbərlər
31 may, 14:16

Mayın 31-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirakçıları və qonaqları salamlayaraq qalibləri qazandıqları nailiyyət münasibətilə təbrik edib. Fuad Qarayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkara çıxarılması və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədilə bir sıra layihələr uğurla həyata keçirilir. Respublika fənn olimpiadaları, “Sabahın alimləri” layihə müsabiqəsi, “Ən yaxşı təqdimat” müsabiqəsi, “BilBacar” və “Məktəblilərarası Milli Hakaton” kimi yarışlar məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar təqdim edir.

Sonda Fuad Qarayev olimpiadanın reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov qeyd edib ki, fond Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının bir çox sahələrində, xüsusilə elm və təhsil sahəsində davamlı layihələr reallaşdırıb. Bu layihələr ölkənin sosial-mədəni inkişafına əhəmiyyətli töhfələr verib. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif bölgələrində məktəb binalarının inşası, mövcud təhsil infrastrukturunun yenilənməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər
həyata keçirilib.

“Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsədin təkcə şagirdlərin elmi potensialını yoxlamaq deyil, eyni zamanda, onların liderlik, analitik düşünmə, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirmək olduğu bildirilib.

Çıxışlardan sonra olimpiadanın müxtəlif mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Ardınca qalib komandalar mükafatlandırılıb. Onlara sertifikatlar, diplomlar və xatirə kubokları təqdim olunub. Şahmat kateqoriyası üzrə I yerin qalibi Sumqayıt komandası, II yerin qalibi Gəncə komandası, III yerin qalibi isə Xətai komandası olub. Şahmat üzrə fərdi oyunlarda fərqlənmiş 4 iştirakçıya xüsusi mükafat təqdim edilib.

Bilik yarışı kateqoriyasında isə I yerə İsmayıllı komandası, II yerə Bakı şəhəri Xətai komandası, III yerə isə Zəngilan komandası layiq görülüb.

1 /10

Şərhlər

Xəbər lenti

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

3 iyul, 12:36

Sabahın hava proqnozu açıqlanıb

3 iyul, 12:19

Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur

3 iyul, 12:03

“Qarşıma daha böyük məqsəd qoymuşam” – “Birincilərin birincisi” 

3 iyul, 11:31

Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb

3 iyul, 11:27

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görüləcək işlər açıqlanıb

3 iyul, 11:22

Naxçıvanda 500-dən çox vakant yer üçün 1700-dən çox namizəd imtahan verəcək

3 iyul, 11:02

Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırılıb

3 iyul, 10:59

İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.