Bütün xəbərlər
21 iyul, 10:15

Xəbər verildiyi kimi, elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb. “Azərbaycan müəllimi” həmin məzunların bir neçəsi ilə həmsöhbət olub və onları oxuculara təqdim edir.

“Olimpiadalarda iştirak etdikcə fizikanı daha çox sevdim”

Firuz Murtuzov Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunudur. Qızıl nişanla məktəbi bitirmək onu qürurlandırır. O deyir ki, bu uğur 11 illik akademik səylərinin və davamiyyətinin nəticəsidir:

“Dörd dəfə fizika, iki dəfə isə informatika fənni üzrə Respublika Fənn Olimpiadasında (RFO) iştirak etmişəm. Ümumilikdə olimpiadalarda üç medal əldə etmişəm. Olimpiadalar mənə yeni dostlar və özümü sınaya biləcəyim bir mühit qazandırdı. Problem həll etmə bacarıqlarımı və fizika ilə informatika sahəsində biliklərimi inkişaf etdirməyim gələcəkdə - universitet illərində işimə yarayacaq”.

Firuzun sevdiyi fənn fizikadır. Onun bu sahəyə marağını məktəbin fizika müəllimi formalaşdırıb:

“O, dərsləri maraqlı keçməyə çalışır, daim yeni mövzuları bizə həvəslə öyrədirdi. Olimpiadalarda iştirak etdikcə fizikanı daha çox sevdim”.
Firuz Dövlət Proqramı çərçivəsində təhsilini Edinburq Universitetində “Kompüter elmləri və süni intellekt” ixtisası üzrə davam etdirməyi planlaşdırır. Buraxılış imtahanında 281 bal toplayıb. İngilis dili üzrə IELTS imtahanından 9 ballıq sistemlə 8 bal əldə edib.

Ən böyük dəstəkçilərinin valideynləri olduğunu bildirən Firuz boş vaxtlarında dostları ilə görüşür, yutubdakı videoları izləyir, kitab oxuyur və foto çəkməklə məşğul olur:

“Yay tətili olduğundan hələlik istirahət edirəm, dostlarımla daha çox vaxt keçirir, Azərbaycanın müxtəlif bölgələrini gəzirəm. Tətilin sonunda isə birinci kurs dərslərinə öncədən hazırlaşmağı planlaşdırıram. Məktəb vaxtı da yayda əsasən hobbilərimə zaman ayırırdım, xüsusilə axşamlar kitab oxuyur və dostlarımla vaxt keçirirdim. Artıq “Karamazov qardaşları”nı bitirmişəm və “Aclıq oyunları” kitabını oxuyuram. Həftədə 3-4 dəfə mütaliəyə vaxt ayırıram. Altıncı sinfə qədər ədəbiyyat və rəsmlə maraqlanırdım. Hətta dördüncü sinifdə fantastik janrda kiçik bir kitab yazmış və sinif yoldaşlarıma paylamışdım. Sonra bu sahələrlə məşğul olmadım. Bu yaxınlarda isə skripka çalmağı öyrənməyə başlamışam, amma hələ ki, həvəskar səviyyədəyəm”.

“Boş vaxtlarımda ali riyaziyyat və yeni dillər öyrənirəm”

283 nömrəli tam orta məktəbin məzunu Ayla Qasımova qızıl nişanla təltif olunmasını yalnız akademik uğur kimi deyil, həm də intizam və məsuliyyətin nəticəsi hesab edir:

“Çox qürurluyam ki, bu nailiyyəti əldə etmişəm. İndiyə qədər bir çox beynəlxalq və respublika səviyyəli olimpiada və müsabiqələrdə iştirak etmişəm. “Sabahın alimləri” Respublika layihə müsabiqəsinin ikiqat medalçısıyam. 2025-ci il “Purple Comet Math Meet” Beynəlxalq Olimpiadasında  komandamız Azərbaycan birincisi oldu. Bundan başqa, “Teens in AI Global Techathon”un Azərbaycan üzrə seçilmiş 10 komandasından birinin lideri olmuşam. “Heydər Əliyev və Azərbaycan tarixi” yazı-referat müsabiqəsinin qalibiyəm, məqaləm 2025-ci ilin sonunda çap olunacaq kitabda dərc ediləcək”.

Ayla ən çox riyaziyyatı sevir. Bu marağı uşaqlıqdan olsa da, müəllimi Faiq Əliyev ona bu sahədə daha dərin bilik qazanmasına yardım edib və olimpiadalara yönləndirib:

“Ailəm və müəllimlərim hər zaman mənə dəstək olub. Boş vaxtlarımda ali riyaziyyat və yeni dillər öyrənirəm, həmçinin piano çalıram. Planlı yaşamağa çalışıram, amma sərt qaydalı rejimim yoxdur”.

Ayla incəsənətlə də maraqlanır: piano ifa edir, rəqs və rəsmlə məşğul olur. Türkiyə də daxil olmaqla, müxtəlif ölkələrdə milli rəqs yarışmalarında ölkəmizi təmsil edib.

Ən son Corc Oruellin “1984” romanını oxuyan Ayla boş vaxtlarını mütaliəyə həsr edir. Koç və Sabancı universitetlərindən qəbul təklifi alıb, seçimində Koç Universitetinə üstünlük verir. İngilis dili üzrə IELTS və TOEFL sertifikatları var, səviyyəsi C1-dir. Türk dili üzrə TYS sertifikatı alıb, həmçinin SAT və proqramlaşdırma üzrə sertifikatlara sahibdir.

“Riyaziyyat və informatika mənim üçün düşüncə tərzidir”

Cəlal Qəhrəmanov Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin məzunudur. Təhsil illərində yüksək nailiyyətlərinə,  olimpiadalardakı uğurlarına görə qızıl nişana layiq görülüb:

“Bu nişan illərin zəhmətinin nəticəsidir. Riyaziyyat və informatika üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak etmiş, mükafatlar qazanmışam. Bu yarışlar düşünmə qabiliyyətimi, məntiqimi və zaman idarəetmə bacarığımı inkişaf etdirdi, yeni dostlar qazandırdı”.
Cəlalın ən çox sevdiyi fənlər riyaziyyat və informatikadır:

“Bu fənlər mənim üçün sadəcə dərs deyil, düşüncə tərzidir. Kiçik yaşlarımdan proqramlaşdırmaya marağım vardı. Bu marağım nəticəsində öz virtual assistentim olan “K.Y.R.A. – Knowledge Yielder and Resourceful Assistant” layihəsini hazırlamışam”.
O, valideynlərinin, xüsusən atasının ona böyük dəstək verdiyini vurğulayır:

“Onlar mənə vətənə faydalı insan olmağın yollarını öyrədiblər. Boş vaxtlarımda kitab oxuyur, proqramlaşdırma bacarıqlarımı təkmilləşdirirəm. Yay tətilində əsas hədəfim süni intellekt üzrə biliklərimi artırmaqdır. Günümü planlayıram, bu həm vaxtımı düzgün bölməyə, həm də stresdən uzaq qalmağa kömək edir”.

Cəlal rəsm çəkməyi də sevir, lakin əsas marağı texnologiyadır:

“Proqramlaşdırma, veb-sayt hazırlamaq, süni intellekt modelləri ilə işləmək əsas maraq sahələrimdir. Edinburq Universitetinin “Süni intellekt” ixtisasına qəbul olmuşam”.

Cəlal IELTS-dən 7.0, SAT-dan 1360 bal, AP Calculus BC-dən isə maksimum 5/5 bal toplayıb. Süni intellekt və proqramlaşdırma üzrə bir sıra sertifikatlarına sahibdir.

Ən son oxuduğu bədii kitab Aleksandr Dumanın “Monte Kristo qrafı” əsəridir:

“Mütaliəyə böyük marağım var. Kitablar həm dünyagörüşümü artırır, həm də yazı qabiliyyətimi inkişaf etdirir”.

1 /2

Şərhlər

Xəbər lenti

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 16:11

Aşpazlığa gedən yol videoçarxdan başladı – Peşə təhsili Orxanın həyatını necə dəyişdi?

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:30

Mədəni soyqırımının sənədləşdirilməsi: Qərbi Azərbaycan irsinə tarixi baxış

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

21 iyul, 11:45

Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub

21 iyul, 11:41

Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq

21 iyul, 11:34

Qadınların peşə təhsilinə marağı artıb

21 iyul, 11:32

Dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb

21 iyul, 11:27

Peşə məktəbinin məzunları beynəlxalq sertifikatlar alacaqlar

21 iyul, 11:24

Peşə təhsilində yeni ixtisaslar yaradılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.