
“Həyata keçirilən Böyük Qayıdış proqramı və eyni zamanda “Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində qarşıya qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması istiqamətində işlər aparılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 2026-cı ilə qədər Şuşa və Füzuli Dövlət Peşə Təhsili mərkəzlərinin tikilərək istifadəyə verilməsi və bu müəssisələrdə kadr hazırlığının təşkili nəzərdə tutulur:
“Bununla yanaşı, ölkənin digər bölgələrində də mövcud peşə təhsil infrastrukturunun əsaslı və cari təmiri, həmçinin yenidən qurulması istiqamətində işlər görülür”.
O vurğulayıb ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır: “Strateji hədəfimiz 28 min əlavə şəxsin peşə təhsilinə – ilkin peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər