Bütün xəbərlər
17 may, 15:53

Mayın 17-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanına start verilib. İki gün davam edəcək Analitik təhlil imtahanı 4 sessiyada keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 153, 158, 161, 229 və 238 nömrəli məktəblərdə, həmçinin Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Naxçıvan şəhərində isə imtahan mayın 18-də keçiriləcək.

Namizədlər imtahanda öncədən seçdikləri 10:00 və 15:30 saatlarında iştirak edirlər. Eyni zamanda, xaricdə yaşayan namizədlər üçün də imtahanlar distant formatda, proktorinq üsulu ilə təşkil edilib.

Əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında ümumilikdə 7256 namizəd iştirak hüququ qazanıb. İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 blok üzrə aparılır və ümumi müddəti 3 saatdır.

Ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları beynəlxalq səviyyədə tanınan T-şkala ilə hesablanır. Bu metod TOEFL, GMAT, SAT kimi imtahanlarda da geniş tətbiq olunur və nəticələrin obyektivliyini təmin edir. İmtahan nəticələrinin 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub.

Qaliblərə birillik fərdi inkişaf planı və 20 min manat məbləğində mükafat təqdim edilir. Müsabiqənin bu ilki – beşinci çağırışının keçirilməsi ilə bağlı müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində imzalanıb.

1 /1

Şərhlər

Xəbər lenti

18 may, 14:13

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

18 may, 14:00

Qarabağın bəzi məktəbləri ilk dəfə monitorinqə cəlb edilib

18 may, 13:54

Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

18 may, 13:50

Naxçıvanda VI sinif şagirdləri üçün monitorinq keçirilib

18 may, 13:45

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

18 may, 08:57

“Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri BANM-də təlim keçiblər

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 21:09

Monitorinq imtahanında texniki nasazlıq olub, şagirdlərə əlavə vaxt verilib

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.