Kənan Kərimzadə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonuna səfəri çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüb.
Kənan Kərimzadə Mərkəzə infoturların təşkil olunması, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, hazırlanan və ya istehsal olunan məhsulların satış bazarlarına çıxışının təmin edilməsi üzrə tövsiyələrini verib, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Qeyd edək ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edir.
1 /8
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)