Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək
"SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 73 min nəfərdən çox şəxs qəbul edilib: “2005-ci və 2017-ci illərə nisbətən qəbul sayları müvafiq olaraq, 2.2 dəfə və 1.7 dəfə artıb. Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, növbəti il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır”.
Emin Əmrullayev eyni zamanda, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqelərindən də danışıb:
“COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan ““QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”in nəticələri elan edilib. Ümumi dünya reytinqində bir universitetimiz (Bakı Dövlət Universiteti) ilk 1000-də, iki universitetimiz (ADNSU və UNEC) isə 1200-də yer alıb. İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub”.
Dövlət sifarişi ilə təhsil xərci artımı
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)