21 noyabr 2024

Bütün xəbərlər
test
20 noyabr, 22:18
20

Hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki,  Azərbaycan Prezidentinin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməklə Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illəri əhatə edib. 

Nazir xatırladıb ki, 2024-2025-ci tədris ilində proqram çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 125, magistratura təhsil səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Bunlardan 135 nəfəri universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. 

Dövlət Proqramı çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 144 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, dünyanın 10 ölkəsinə aid 52 ali təhsil müəssisəsində nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran, ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək 156 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Xəbər lenti

21 noyabr, 10:09
7

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
11

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
15

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
7

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
10

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
14

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
17

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
12

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
20

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
13

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
20

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:01
20

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
34

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

20 noyabr, 21:47
36

Adambaşına maliyyələşmə sisteminə keçən peşə məktəblərinin sayı artırılacaq

20 noyabr, 21:41
56

Növbəti il daha 750 metodist işə cəlb olunacaq

20 noyabr, 21:31
15

Alternativ təhsil əsasında məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayı 35 minə çatdırılacaq

20 noyabr, 21:26
53

Müəllimlərə ŞAD XƏBƏR: Gələn il əməkhaqqına əlavələr üçün 154,4 milyon manat vəsait nəzərdə tutulur

20 noyabr, 21:20
61

Gələn il 10 məktəb pilot olaraq adambaşı maliyyələşməyə keçəcək

20 noyabr, 21:14
25

Elm və təhsil naziri: 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.