21 noyabr 2024

Bütün xəbərlər
test
22 oktyabr, 10:01
243

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müşaviri, nazirliyin müvafiq şöbələrinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində son dörd ilin tələbə qəbulu nəticələri təhlil edilib və növbəti tədris ili üçün tələbə qəbuluna dair təkliflərin hazırlanmasına dair tövsiyələr verilib. Həmçinin "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün ali təhsil müəssisələrini təşəbbüskar olmağa dəvət edib:

“Sözsüz ki, istənilən siyasətin hazırlanması və onun effektiv olaraq həyata keçirilməsi üçün ən vacib olan məsələlərdən biri yerlərdən bununla bağlı geridönüşlərin əldə edilməsidir. Ali təhsilin inkişafına töhfə vermək üçün bu formatda görüşlərin daha sıx keçirilməsi planlaşdırılır”.

Nicat Məmmədli bildirib ki, daha yaxşı ali təhsil siyasətinin formalaşdırılması üçün ali təhsilin ilk səviyyəsindən son səviyyəsinə qədər ciddi müzakirələrə ehtiyac var. O əlavə edib ki, tələbə qəbulunun da proqnozlaşdırılması mühüm məqamdır və bu proqnozlar gələcəkdə əmək bazarının formalaşmasında mühüm rol oynayacaq:

“Yenilənən dünyada daim yeni ixtisaslar meydana çıxır. Bu yenilənmə sayəsində multidisiplinar sahələr yaranır. Biz də yeni ixtisasların formalaşdırılması üçün addımlar atmalıyıq. Lakin bu prosesdə bir çox nüanslar nəzərə alınmalıdır. Çünki yeni ixtisasların açılması özlüyündə çox ciddi bir prosesdir. Bunun üçün maddi-texniki baza və kadr potensialı tələb olunur”.

Nazirin müşaviri diqqətə çatdırıb ki, ali təhsilin keyfiyyətinin artırılması da vacib məsələlərdən biridir: “Çünki kadr hazırlığı ilə yanaşı, həmin kadrların zamanın və əmək bazarının tələblərinə uyğun və yumşaq bacarıqlara sahib bir vətəndaş olaraq yetişməsi də önəmlidir. Bizim tədris proqramlarımız həm əmək bazarına, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hesablanmalıdır. Bu zaman optimal və effektiv təhsil proqramları yaradılmalıdır”. 

Daha sonra çıxış edən Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. 2024-cü ildən başlayaraq şöbə yeni formatda elm və ali təhsil müəssisələri ilə müxtəlif mövzulara dair bir neçə dəfə görüş keçirmişdir. Şöbə müdiri qeyd edib ki, davamlı olaraq görüşlərin və müzakirələrin təşkili elm və ali təhsil siyasətinin daha effektiv formlaşdırılmasında xüsusi rol oynayır. 

Eyni zamanda Turxan Süleyman bildirib ki, hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaqdır.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir. 

Statistik məlumatları təqdim edən Turxan Süleyman bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub.  Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən Turxan Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil almaqdadır. 

Turxan Süleyman cari ildə doktorantura (fəlsəfə doktoru) səviyyəsi üzrə 659 qəbul planının təqdim edildiyini və faktiki qəbul olanların sayının 480 nəfər olduğunu bildirib. Əlavə olaraq qeyd edib ki, prosesin əvvəlindən aparılan düzgün tənzimləmələr nəticəsində bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinin doktorantura proqramına qəbul olan bütün namizədlər dövlət hesabına təhsil alacaqlar. 

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub:

“Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili),  magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74.000 nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.

Turxan Süleyman əlavə edib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq. Bu, o deməkdir ki, biz artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Tədbirin ikinci hissəsində "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı iştirakçılara məlumat verən Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrində yeni ixtisasların açılması məsələlərini tənzimləyir:

“Yeni təhsil proqramının açılması dörd hala şamil edilir: təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində ilk dəfə tədrisə başlanılmasına, müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə".

O, əlavə edib ki, yeni ixtisas təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır:

“Təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. Təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalı, təkrarlanmamalıdır. Yeni ixtisasın təlim nəticələrinə uyğun peşə və kvalifikasiya standartları olmalıdır".

Nərgiz Qaraxanova bildirib ki, yeni ixtisas üzrə kadr hazırlığının aparılması maraqlı tərəflərin əsaslandırıcı təşəbbüsü ilə mümkündür. Bu təşəbbüslə ali təhsil müəssisəsinə müraciət olunmalı, ali təhsil müəssisəsində bununla bağlı işçi qrupu yaradılmalı, müvafiq sənədlər hazırlanmalı, daha sonra nazirlik qarşısında vəsatət qaldırmalıdır. 

Sonda tədbirin yekunu olaraq ali təhsil müəssisələrinin nümayəndələrinin sualları cavablandırıb, onların təklifləri dinlənilib və müzakirələr aparılıb.

1 /18

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/7e243e90-2fbe-4842-85ec-bb2005f2a0e1_KEN_3621.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/5e1cbc47-3ae8-4df2-857d-aad72d38af93_KEN_3631.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/3ffdf938-4552-4dfb-b70f-2146dc4ac057_KEN_3663.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/884a2a11-3a8e-43b0-9e0f-0ecf690f931c_KEN_3725.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/a943fc28-dadc-419d-a798-3d37816870d7_KEN_3380.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/37f41d20-38f1-4d0a-b818-b6286ab8a998_KEN_3383.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/b25e6613-6221-4ba2-9a66-696a174d70a7_KEN_3425.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/4da87354-8d62-42b5-8868-6c8d88436606_KEN_3456.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/268a179f-d23b-44d5-96af-b3f0cffd78ab_KEN_3665.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/fbe9783a-ace5-48b2-8f46-d278b415b9dd_KEN_3667.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/38f18392-4670-40e1-899e-cfccb78a963f_KEN_3785.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/3219a94b-e3df-4667-a330-4c43460de703_KEN_3568.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/7b721ccc-6d9a-4b86-a787-0651d7c7eb86_KEN_3573.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/d4bb1010-6b5a-4e56-a651-f4d0b65784e2_KEN_3578.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/74f24577-bea1-4d1c-8ec2-b26151a3079e_KEN_3602.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/16a6be3b-a4ab-49ed-84de-590058f3c4d9_KEN_3611.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/c8bbe0f6-f481-4968-94b3-d2b6107520c6_KEN_3613.JPG
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20October%202024/b21b69b0-85f5-46d5-9087-f9387d8697b0_KEN_3618.JPG

Xəbər lenti

21 noyabr, 12:43
4

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
4

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
7

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
42

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
33

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.