21 noyabr 2024

Bütün xəbərlər
test
22 oktyabr, 15:13
279

Bir neçə gün əvvəl məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə diaqnostik qiymətləndirmə keçirilib.

“Azərbaycan müəllimi” Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayan tərbiyəçi-müəllimlərlə həmsöhbət olub.

İlk müsahibimiz Rəqsanə Ağazadə Biləsuvar rayon A.Usubov adına Xırmandalı kənd uşaq bağçasında çalışır. O, məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi imtahanında 56 bal toplayıb. O imtahana hazırlaşması və imtahanın necə keçməsi ilə bağlı təəssüratlarını bizimlə bölüşüb:

“İmtahan şəffaf təşkil olunmuşdu. Suallar ixtisası tam əhatə edirdi. Özümü imtahan prosesində çox rahat hiss edirdim. İmtahana hazırlaşmağım uzunmüddətli bir proses idi. Universitetdə oxuduğum illərdən bu günə qədər ixtisasımla bağlı oxuduğum hər kitabın bu nəticəyə öz təsiri var. Diaqnostik qiymətləndirmə 56 bal topladım. İmtahanda heç bir çətinliyim yox idi. Həmçinin imtahan mühiti çox gözəl təşkil olunmuşdu. Belə imtahanları olduqca yaxşı dəyərləndirirəm. Düşünürəm ki, özünü qiymətləndirmə həyatın hər mərhələsində önəmlidir”.

Təriqət Eyvazova isə Hacıqabul şəhər 1 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim olaraq fəaliyyət göstərir. O da imtahanın gedişi və imtahana necə hazırlaşması ilə bağlı fikirlərini bizimlə bölüşüb:

“Mənə görə imtahan yaxşı keçdi. 54 bal toplamışam. Ötən il tərbiyəçi-müəllimlərin işə qəbul imtahanında iştirak etdiyim üçün mövzular mənə tanış idi. Diaqnostik qiymətləndirməyə hazırlaşarkən həmin mövzuları təkrarlayaraq biliklərimi möhkəmləndirdim. Amma qeyd edim ki, bəzi suallar çətin idi. Belə imtahanların olması biz tərbiyəçilərin peşəkarlığının artırılması, biliklərinin təkmilləşdirilməsi, məktəbəqədər təhsil səviyyəsinin yüksəldilməsi üçün çox yaxşı addımdır. Düşünürəm ki, biz daim öz üzərimizdə işləməli, dəyişən dövrün tələblərinə uyğunlaşmalıyıq ki, verdiyimiz tərbiyə və təhsil daha keyfiyyətli olsun”.

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi imtahanı oktyabrın 20-də keçirilib. İmtahanda sözügedən təhsil idarəsi üzrə 218 nəfər iştirak edib.

Xəbər lenti

21 noyabr, 12:43
4

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
4

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
7

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
42

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
33

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.