LDU-da “Yaşıl texnologiyalar və ekoloji idarəetmənin prioritetləri” mövzusunda elmi konfrans keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Yaşıl texnologiyalar və ekoloji idarəetmənin prioritetləri” mövzusunda keçirilən növbəti konfransı keçirilib.
LDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini dövlətimizin böyük siyasi uğuru kimi dəyərləndirərək LDU-da keçirilən konfransın da bu mötəbər mövzuya həsr olunduğunu bildirib.
Konfransda LDU-nun Sosial məsələlər üzrə prorektoru dos. Ramiz Şəmmədov, aqrar üzrə elmlər doktoru Nailə Orucova, dos. Ramiz Ələkbərov, müəllim Afiq Məlikov, magistrant Mehriban Qüvvətlinin mövzu ilə bağlı məruzələri dinlənilib. Məruzələrdə yaşıl texnologiyaların ekoloji problemlərin həll edilməsində səmərəliliyi, iqlim dəyişmələrinin bitkilərə təsiri, yaşıl enerji və ekoloji idarəetmə və s.məsələlərdən ətraflı söz açılıb.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)