Bütün xəbərlər
test
8 noyabr, 09:44

Böyük qələbəni bizə gətirənlərdən biri - Famil Şəfiyev döyüş xatirələrini “Azərbaycan müəllimi”nə danışıb 

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə, cənab leytenant. 

Məşhur mahnıda deyildiyi kimi, savaşın müjdə xəbərini almaq üçün səbirsizlənirdik. 8 noyabrda  Zəfər xəbəri illərin həsrətinin yekunu, doğma yurda qayıdışın müjdəsi idi. Bu müjdəni hər kəs qarabağlı olaraq  aldı. 

Zəfər savaşımız idi, bəli. Qazandıq, geri döndük, bununla bərabər itirdik də. Niyə itirdik deyirəm? Şəhidlər təkcə bir evin uşağı, əsgəri, ailə başçısı deyildi, elin övladı idi. 

Adətən deyirlər ki, heç bir valideyn övlad acısı yaşamasın. Övladının yoxluğuna "Vətən sağ olsun" deyərək təsəlli tapan analara, üçrəngli bayrağımız təqdim olunanda qamətini əyməyən atalara, dünyadan xəbərsiz məsum gülüşlü körpələrə, yarıda qalan arzulara şahid olduq… 

Yaşadığım rayon cəbhə bölgəsinə çox yaxındır. Müharibə dövründə digər bölgələrimiz kimi bura da bir neçə dəfə hədəfə alındı, raket atəşinə məruz qaldı. Müharibə davam edirdi.  "Qorxmayın, bizimkilərdir" cümləsi hər kəsin ümidinin, qəlbindəki zəfər qığılcımının nişanəsi idi. Rayon ərazisindən keçən əsgərlərin "bizdən narahat qalmayın, gedirik dərslərini verməyə" cümlələrinə gənc xanımlar  "bax, sizi gözləyirik, sağ-salamat qayıdın!" deyə cavablandırırdılar. Həqiqətən də o anlarda qan qohumluğu, yaxud tanışlıq əhəmiyyət kəsb etmirdi. Səngərdə dayanan hər bir əsgər, döyüş meydanında olan igidlər doğmamız olmuşdu. Adını bilməsək də, tanımasaq da... 

Zərrə-zərrə qazandığımız zəfərə getdiyimiz yol heç unudularmı?! 

Qələbə sevincini bizə yaşadanlardan biri -  Famil Şəfiyevlə həmsöhbət olub, onun döyüş xatirələrini qələmə aldıq.

Oğuzda böyüyüb, boya-başa çatan Famil müəllim aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin iştirakçılarındandır. Hazırda ehtiyatda olan polkovnikdir, N. Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli məktəbdə dərs deyir. 

- Böyük qələbə qazandıq, 30 il işğal altında qalmış torpaqlarımız azad olunduqdan sonra oraya ilk addım atanlardansınız. Hansı ərazilər uğrunda gedən döyüşlərdə iştirak etmisiniz? 

- Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Lələtəpənin azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıyam. Bilirsiniz, insanın ömrünə, gününə yazılan və heç silinməyən anlar olur. Bəlkə də bir gün, bəlkə də bir an. Amma 44 günün hər saniyəsi xatirimdədir. Hər saniyəsi.. İnanmıram ki, unudulsun. Addım-addım, zərrə-zərrə yaxınlaşdığımız, qazandığımız zəfərə getdiyimiz yol heç unudularmı?! 

- Təbii ki, müharibə dövründə şəhid olan silahdaşlarınız olsa da, qazandığınız dostlar da oldu. Bu dostluqlar hələ də davam edirmi? 

- Əlbəttə, belə dostlarım var. Bəzi vaxtlarda düşmənə çox yaxın məsafədə olurduq. Hər an ayıq olmaq lazım idi. Edəcəyin adi bir səhv böyük təhlükələrə yol aça bilərdi. Heç tanımadığım, görmədiyim əsgər məni vurmasınlar deyə özünü snayperin qarşısına atmışdı. Tanımadan, bilmədən. Məncə, yoldaşlıq sərhəd tanımır. Elə o əsgərin hərəkəti də buna sübutdur. Bu gün çoxusu ilə əlaqəm var. Danışırıq, hal-əhval tuturuq. 

Şəhid olsam da, məni çiyinlərinizdə Şuşaya aparın. Qələbəni görmək istəyirəm”

(Müəllifdən) 44 gündən qalan, hələ də bitməyən o qədər xatirələr var ki. Onları eşidəndə, ya xatırlayanda bizə göz yaşı içində qürur yaşadır. Bir əsgərin döyüş xatirəsini oxumuşdum. Deyir, döyüş yoldaşım yaralanmışdı. Özü də bilirdi yarasının ağır olduğunu, bizdən tək bir xahişi oldu: “Şəhid olsam da məni çiyinlərinizdə Şuşaya aparın. Qələbəni görmək istəyirəm" dedi. 

- Bayaq özünüz də dediniz ki, 44 günün hər anı xatirinizdədir. Həmin xatirələrinizi bizimlə bölüşmək istərdiniz? 

- Topçu zabit idim. Öndə gedən qruplarda yer almışdıq. Nə olur olsun, təslim olmamaq duyğusu, bayrağımızı ucaltmalıyıq düşüncəsi qəlbimizi elə bürümüşdü ki! Döyüşlərin birində mühasirə təhlükəsi yarandı. Bizi hədəfə alan snayperçini vurduq. İnanılmaz idi, amma 9837 metr məsafədən atdığımız atəş ünvana çatmışdı, düşməni məhv etmişdi. 

İnanılmazı gerçəkləşdirdiyimiz 44 Gün

- Siz bir müəllim, eyni zamanda ehtiyatda olan polkovniksiniz. Azad edilməsində iştirak etdiyiniz torpaqda bu gün dərs keçirsiniz. Şagirdlərinizə Vətən sevgisini necə  aşılayırsınız? 

- Hazırda hərbi hazırlıq müəllimi olaraq fəaliyyətimi davam etdirirəm. Vətənə layiqli övlad, şəxsiyyət yetişdirməkdə iştirak etmək böyük məsuliyyətdir. Hansı sahədə olur olsun, hansı peşədə çalışırsan çalış,  fərqi yoxdur, Vətənə bağlı olmaq, onu qorumağın vətəndaşlıq borcu olduğunu anlatmaq mütləqdir. 

Vətən! Hiss elədinizmi səslənməsi belə insana həyat eşqi verir. Təsəvvür edin, onu qorumaq, ucalarda tutmaq, bayrağını yüksəklərdə dalğalandırmaqda iştirak etmək nə qədər qürur yaşadar.  İllər keçsə də, danışmaqdan yorulmayacağım dövrdür inanılmazı gerçəkləşdirdiyimiz 44 Gün. 

Bu gün beynəlxalq və dünya səviyyəli yarışlara, görüşlərə ev sahibliyi edirik. Regionda öz sözünü demiş ölkəyik. Ali Baş Komandan İlham Əliyev "Sözümüz imzamızdır" dediyi kimi "Qarabağ Azərbaycandır!" deyərək nidanı qoymuşdu. Dedi və etdi. Biz Vətən torpaqlarına qayıtdıq. Haqqımız olana... 

Bir insanı göz yaşları qarışıq gülərkən görmək hər saat olan hadisə deyil. Famil müəllim danıdşıqca  bundan qürur duyduğunu açıq-aydın görmək olurdu. Çünki qalib ölkənin, suveren dövlətin qalib vətəndaşıdır. 

Onunla sağollaşırıq, səmimi müsahibəsi üçün təşəkkür edib, ayrılırıq. 

Sonda fikrimi Bəxtiyar Vahabzadənin misraları ilə tamamlamaq istəyirəm. 

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Zəfərin mübarək, Azərbaycan! 

Xəbər lenti

26 dekabr, 13:14

Naxçıvanda müəllimlərə dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

25 dekabr, 12:14

Bakıda şagirdlərdən Yeni il şənliyi üçün pul yığılır? - AÇIQLAMA

25 dekabr, 12:13

Bu 3 ixtisas üzrə xaricdə oxuyanların çoxu peşə tanınması prosedurundan keçə bilmir

25 dekabr, 12:09

TKTA ikili diplomlarla bağlı açıqlama verdi
 

25 dekabr, 11:48

Diplomlarına ən çox imtina cavabı verilmiş universitetlərin adları açıqlandı - Siyahı

25 dekabr, 11:47

Diplomlarını tanıtdırmaq istəyənlər daha çox bu ölkələrdə təhsil alanlardır 

25 dekabr, 11:44

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyası keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.