Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 14-dən Nazirliyin əhatə etdiyi ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, noyabrın 22-nə kimi davam edəcək təlimlər 4 istiqamət üzrə - əmək qanunvericiliyi, təhsil sənədləri, maliyyə və satınalma, elektron sistemlər mövzusunda təşkil olunacaq.
İlk təlim Naxçıvan şəhər, Şərur, Babək və Şahbuz rayonlarının ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təşkil olunub. Təlimlərdə əməkdaşlara əmək müqaviləsinin bağlanması və xitam verilməsinin əsasları və qaydası, UTİS, MİTİS, sy.edu.az, bq.edu.az elektron sistemlərinə SİMA rəqəmsal imza ilə giriş, kargüzarlığın təşkili qaydaları, maliyyə-təsərrüfat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, taarifləşmə və digər mövzularda məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)