ADPU-da Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndələri – rektor akademik Asilbek Aydaraliyev, elm və beynəlxalq əlaqələr üzrə prorektor Maksatbek Anarbayev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin tarixi, strukturu, təhsil proqramları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, mübadilə proqramlarının, birgə layihələrin, eləcə də elmi tədbirlərin hər zaman diqqətdə saxlanıldığını bildirib. Rektor qeyd edib ki, bu kimi beynəlxalq əməkdaşlıqlar universitetin missiyasına uyğun olaraq həm tələbə və müəllimlərin təcrübəsini artırmaq, həm də elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi daşıyır.
ADPU-nun rektoru Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olması ilə yanaşı, regional inkişafın təmin olunmasına xidmət etdiyini bildirib.
Sonda qonaqlar ADPU-da yenilənmiş infrastrukturla tanış olub, tələbələr üçün yaradılmış tədris mühitini müşahidə ediblər.
1 /4
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)