Bütün xəbərlər
26 noyabr, 14:54

Oğuz rayonu Azərbaycanın maarif tarixində xüsusi yerə sahibdir. XIX əsrin 80-ci illərində bu bölgədə dünyəvi təhsilin əsası qoyulub, kənd ictimaiyyətinin təşəbbüsü ilə Xaçmaz və Padar kəndlərində ilk ibtidai məktəblər açılıb. 1883-cü ildə Xaçmaz kəndində təsis edilən ilk dünyəvi  təhsil müəssisəsi bu gün M.F.Axundov adına 1 nömrəli tam orta məktəb adı ilə fəaliyyət göstərir. Oğuzun qədim maarif ənənələrini müasir təhsil standartları ilə birləşdirən bu məktəb Azərbaycanın təhsil tarixi üçün böyük əhəmiyyət kəsb edir.

15 şagirdlə fəaliyyətə başlayan məktəb 

Xaçmaz məktəbi əsası qoyulduğu ilk gündən maarif tariximizdə önəmli rol oynayıb. 1890-1892-ci illərdə məktəbə rəhbərlik edən görkəmli maarif xadimi Rəşid bəy Əfəndiyev bu təhsil ocağının inkişafında mühüm rol oynayıb. O, Qori Müəllimlər Seminariyasının məzunu olaraq Azərbaycanın təhsil səviyyəsini yüksəltməyə çalışıb. 

İlk günlərdə Xaçmaz məktəbində 15 şagird təhsil alıb. 1898-ci ildə Vartaşen məktəbini yoxlayan Gəncə quberniyası xalq məktəbləri direktoru yazırdı: “Mən məktəbə baxarkən burada 80-ə qədər şagird var idi ki, onların da ancaq 5-i qız idi". 

Direktor qızların azlıq təşkil etməsinin səbəbini daha çox valideynlərin qızların oğlanlarla bir yerdə oxumasına razılıq verməməsi ilə izah edib. O, qızların sayının artırılması üçün Vartaşendə müstəqil qız məktəbinin açılmasını təklif edib.

Sonralar müəllimlərin səyi nəticəsində valideynlər qızların təhsil almasına razılıq verməyə başlayıblar. Beləliklə, məktəbə cəlb olunan qızların sayı zaman keçdikcə artıb. Tarixin çətinliklərindən keçən bu məktəbdə hazırda həm qadın müəllimlərinin, həm də qız şagirdlərinin sayı yetərincədir.

Müəllimlərinin əksəriyyəti məktəbin öz məzunlarıdır
2022-ci il sentyabrın 15-də Xaçmaz kənd məktəbinin binasının əsaslı təmirdən sonra açılışı keçirilib. 624 şagird yerlik bu müasir təhsil ocağının 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, kompüterlərlə təchiz olunmuş oxu zalı var. Hazırda məktəbdə 410 şagird təhsil alır, 49 müəllim isə onlara bilik öyrədir. 

Maraqlıdır ki, bu təhsil ocağı həm də gələcəyin müəllimlərini yetişdirir. Məktəbin məzunlarının çoxu müəllimlik ixtisası üzrə oxumağa üstünlük verir. Onların əksəriyyəti təhsilini başa vurduqdan sonra öz rayonuna qayıdaraq burada pedaqoji fəaliyyətlə məşğul olur. Buna görədir ki, bu gün Xaçmaz məktəbinin müəllimlərinin çoxu onun öz məzunlarıdır. Məktəbin məzunları həm də Azərbaycanın digər bölgələrində təhsil sahəsi üzrə fəaliyyət göstərirlər. 

Məktəbin uğurları sayılmayacaq qədər çoxdur. Xaçmaz məktəbi 2013-cü ildə “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. Respublika fənn olimpiadalarının qalibləri sırasında Xaçmaz məktəbinin məzunları daim yer alır. Məktəbin builki məzunu qəbul imtahanında 548 bal toplayan Aysun Babalı ali təhsil almaq üçün Qarabağ Universitetini seçib. Məzunlar arasında müxtəlif ali təhsil ocaqlarına qəbul olanlar da var. Məktəb şagirdlərinin fənn olimpiadalarında qazandıqları uğurlarla fəxr edir. Coğrafiya üzrə “Zəfər elm müsabiqəsi”ndə II yerə layiq görülmüş Sabir Şıxlı, həmçinin "Əlaçı" televiziya yarışmasında iştirak hüququ qazanan Canan Məmmədli bu uğurların yalnız bir neçəsidir.

Aynurə Səfərovanın rəhbərlik etdiyi məktəbin nailiyyətləri müəllim heyətinin peşəkarlığının nəticəsi sayıla bilər. 

Məktəbin inkişafında rol oynayan müəllimlərdən biri - Prezident təqaüdünə layiq görülmüş Vüsal Əlfiyev 23 illik pedaqoji fəaliyyəti dövründə yalnız tarix dərsi keçən müəllim kimi tanınmayıb. O, Oğuzda həm də gələcəyin müəllimlərini yetişdirən ziyalı kimi, ədəbiyyata olan sevgisi ilə tanınır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilən V.Əlfiyev Oğuz, İsmayıllı və Qəbələnin gənc yazarlarına dəstək göstərmək üçün xüsusi layihələr həyata keçirib. 

Onun şagirdlərinin çoxu hazırda Xaçmaz məktəbində müəllim işləyir. Belə müəllimlərdən biri olan Gülər Nafızadə deyir ki, Vüsal müəllimin dərsləri sayəsində tarixə və müəllimliyə sevgisi artıb: “Əvvəlcə başqa ixtisasa hazırlaşırdım, lakin Vüsal müəllimin dərslərini dinlədikdən sonra tarix müəllimi olmaq qərarı verdim. O, şagirdlərinə sadəcə bilik yox, həm də insanlıq dərsi verir".

Xaçmaz məktəbi – üç əsri birləşdirən bu təhsil məbədi tarixi ənənələri müasir standartlarla birləşdirərək gələcək nəsillərin yoluna işıq saçır.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.