
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) doktorantı, 2022-ci il Prezident mükafatçısı, rejissor Azər Quliyev dünya nüfuzlu Avropa Kino Akademiyasına (European Film Academy) üzv seçilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Azər Quliyevin son ekran əsəri “Sanki Yoxsan” keçən il Kann Film Festivalının əsas müsabiqəsində yer alaraq Azərbaycan kino tarixində bir ilkə imza atıb. Onun digər filmləri dünya nüfuzlu və əhəmiyyətli Sarayevo, Köln, Tampere, “Message2Man” və digər festivalların iştirakçısı və qalibi olub. Hazırda Azər ilk tammetrajlı layihəsi üzərində çalışır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər