
Avqustun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə Rumıniyanın İaşi şəhərində süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində dünyanın aparıcı alimlərinin iştirakı ilə “Qeyri-səlis məntiq, soft kompütinq və süni intellektin nəzəriyyəsi və tətbiqi üzrə 17-ci beynəlxalq konfrans” (ICAFS 2025) öz işinə başlayıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildiirlib ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin xatirəsinə həsr olunan konfransın əsas təşkilatçılarından biri olan ADNSU tədbirdə 47 məruzə ilə təmsil olunur. Hibrid formatda keçirilən konfransda Bolqarıstan, Türkiyə və digər ölkələrdən qatılan iştirakçılar onlayn məruzə ilə tədqiqatlarını təqdim edir.
Konfransın açılış mərasimində ADNSU-nun rektoru, İCAFS-2025 konfransının həmsədri, dosent Rüfət Əzizov, İCAFS-2025 konfransının sədri, professor Rafiq Əliyev, Kanadanın Alberta Universitetinin professoru, İCAFS-2025 konfransının həmsədri Witold Pedrycz, Polşa Elmlər Akademiyasının üzvü, İCAFS-2025 konfransının həmsədri, professor Janusz Kacprzyk, Rumıniyanın "Alexandru Ioan Cuza” Universitetinin prorektoru, professor Adrian Iftene, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla çıxış edərək iştirakçıları salamladılar.
ADNSU rektoru, dosent Rüfət Əzizov çıxışında konfransın mövzu sahəsinin aktuallığını vurğulayaraq iştirakçılara ADNSU haqqında ətraflı məlumat verib və iştirakçıları universitetlərarası birgə tədqiqatlara dəvət edib.
Bölmələr üzrə konfransın ilk günündə Özbəkistanın sənaye və avtomatlaşdırma üzrə öndəgedən şirkəti olan Himavtomatika-nın baş meneceri, Dr.Farukh Adilov, ADNSU-nun Strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov, ADNSU BA Proqramlarının elmi işlər üzrə direktor müavini, professor Lətafət Qardaşova, ADNSU BA Proqramlarının direktor müavini, t.ü.f.d. Nigar Adilova, ADNSU BA Proqramlarının Rəqəmsal sektorunun rəhbəri, t.ü.f.d. Əziz Nuriyev, Sumqayıt Dövlət Universitetinin prorektoru Əhməd Əhmədzadə, Sumqayıt Dövlət Universitetinin "Avtomatika və mexanika" kafedrasının kafedra müdiri, professor Cavanşir Məmmədov, ADNSU-nun doktorantı Şamil Əhmədov, ADNSU UFAZ məzunu Oqtay Rəsulzadə məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans “Lütfi Zadə irsi və süni intellekt” assosiasiyası, Aleksandr İohan Kuzi adına Yassı Universiteti (Rumıniya), Zigen Universiteti (Almaniya), soft kompütinq üzrə Berkli təşəbbüs qrupu (BISC) və digər nüfuzlu elmi və ali təhsil müəssisələri ilə birgə təşkil olunub. Konfransa ümumilikdə 9 ali təhsil müəssisəsindən məqalələr təqdim edilib. Bundan əlavə, dünyanın bir çox ölkəsindən 100-ə yaxın elmi məqalə daxil olub. Qəbul olunmuş elmi işlər nüfuzlu Springer nəşriyyatının “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunacaq və SCOPUS beynəlxalq elmi bazasında indeksləşdiriləcək.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər