Bütün xəbərlər
26 avqust, 10:16

26 avqust tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 17 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

Şərhlər

Xəbər lenti

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

26 avqust, 11:46

Peşə təhsilini seçənlərin sayı 2 dəfədən çox artıb

26 avqust, 11:40

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb

26 avqust, 11:33

"Yenilənən məktəblər": Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbi – FOTOLAR

26 avqust, 11:20

Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 avqust, 11:18

Əminağa Sadıqov: Süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı prioritet olmalıdır

26 avqust, 11:06

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 avqust, 11:02

Ulduzlara doğru: Yeniyetmələrimizin elm arenasındakı parlaq uğuru

26 avqust, 10:56

Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 avqust, 10:54

Şagirdlərdən 100 faiz uğur – Bir məktəbin iki sinfi ali məktəbə qəbul oldu     

26 avqust, 10:49

Əminağa Sadıqov: Uzun illər keçirilən elmi konfransların nəticələri ürəkaçan olmayıb

26 avqust, 10:40

AMEA-nın vitse-prezidenti: “Süni intellektlə bağlı ölkədə zəruri məlumatlar yoxdur”

26 avqust, 10:19

30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb

26 avqust, 10:09

Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir

26 avqust, 09:58

EATDA ilə AzTU nümayəndə heyəti arasında görüş keçirilib

26 avqust, 09:57

Mehriban Əliyeva – Vətənə və xalqa xidmət nümunəsi

26 avqust, 09:52

Bakıda “Kibernetika və informatikanın problemləri” üzrə beynəlxalq konfrans başlayıb

26 avqust, 09:39

Müəllimlik ixtisaslarına qəbul niyə azaldılıb?

26 avqust, 09:30

ADNSU-nun təşkilatçılığı ilə ICAFS 2025 beynəlxalq konfransı öz işinə başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.