Bütün xəbərlər
26 avqust, 09:39

Bu il ali təhsil müəssisələrinin qəbul planlarında edilən dəyişikliklər daha çox pedaqoji ixtisaslarda özünü göstərib. Bir sıra universitetlərdə müəllimlik ixtisaslarının plan yerləri azaldılıb, bəziləri isə ümumiyyətlə, ləğv olunub. Nəticədə, pedaqoji istiqamətlər üzrə ümumi qəbul planı təxminən 1300 yer azalıb. Son illərdə ali təhsildə aparılan islahatların əsas məqsədi təhsil sistemində kadr siyasətini yenidən qurmaq, müəllim hazırlığını əmək bazarının real tələblərinə uyğunlaşdırmaq və say göstəricisindən çox keyfiyyətə üstünlük verməkdir. Pedaqoji ixtisaslar üzrə plan yerlərinin azalması da məhz bu islahatların nəticəsidir.

Pedaqoji ixtisaslarda qəbulun azaldılması təxminən 4-5 ildən sonra əmək bazarında da özünü göstərə bilər. Bu səbəbdən aparılan dəyişikliklərin həm təhsil sistemində, həm də gələcək iş bazarında hansı nəticələr verəcəyi cəmiyyətdə geniş maraq doğurur.

Təhsil mütəxəssisi Rəsul Ağayev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, plan yerlərinin azaldılması, ilk növbədə, son illərdə müşahidə olunan kəmiyyət artımının nəticəsidir. O qeyd edib ki, ali məktəblərə qəbul son üç ildə maksimal həddə çatıb: 2023-cü ildə 55 min, 2024-cü ildə 58 min, 2025-ci ildə isə 60 mindən çox tələbə qəbul olunub. Pedaqoji ixtisaslara ayrılan yerlərin sayının çox olması nəticəsində universiteti bitirən gənclər böyük axınla əmək bazarına daxil olublar: “Müəllimlik sadəcə bir peşə deyil, həm də cəmiyyətin “ürək döyüntüsüdür”. Müəllim bilik və dəyərləri nəsildən-nəslə ötürür, dövlətin sosial-iqtisadi dayanıqlığını gücləndirir və ona edilən hər sərmayə Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. 

İxtisas seçiminin nəticələrini təhlil etsək, görərik ki, müəllimlik ixtisaslarında hər il yüzlərlə boş yerin qalması da bu sahədə disbalansı göstərən faktorlardan biridir. 2023-cü ildə müəllimlik ixtisaslarında 684 yer, 2024-cü ildə isə 723 yer boş qalıb və bu yerlər daha çox region universitetləri və  filiallarda müşahidə olunub. Bəzi gənclər müəllimlik ixtisasını şüurlu seçimdən çox, sadəcə qəbul olmaq üçün “keçid körpüsü” kimi dəyərləndirirlər. Bu isə peşəyə maraqla yox, daha asan qəbul imkanı ilə bağlıdır”, – deyə ekspert əlavə edib.

Onun fikrincə, vəziyyəti mürəkkəbləşdirən digər amil MİQ imtahanlarına olan maraqdır. 2025-ci ildə bu imtahana təxminən 70 min nəfər müraciət edib, halbuki vakant yerlərin sayı 7 min civarında olub. Bu da əmək bazarında kəskin rəqabət yaratmaqla yanaşı, artıq kadr bolluğunu da üzə çıxarır: “Nazirlər Kabineti tərəfindən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən dəyişikliklərə əsasən, 2020-ci ildən  pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər də MİQ müsabiqəsində iştirak edə bilirlər. Onlar işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunur və sertifikat əldə edirlər. Beləliklə, bu namizədlər də müəllim olaraq fəaliyyət başlaya bilirlər. Bu həm əmək bazarında müəllim peşəsinə marağın kütləvi şəkildə artdığını, amma təklifin, yəni vakant yerlərin sayının məhdud olduğu şəraitdə rəqabətin yüksək olmasını göstərir.

Müəllim peşəsinin nüfuzunu artırmaq və keyfiyyətli kadrların seçilməsini təmin etmək üçün bir sıra paralel islahatlar da aparılır. Pedaqoji təhsili olmayan şəxslərin də MİQ müsabiqəsində iştirakına şərait yaradılması, məktəblərin rasionallaşdırılması, müəllimlərin mərhələli sertifikatlaşdırılması və diferensial maaş siyasəti bu məqsədə xidmət edir”.

Mütəxəssisin sözlərinə görə, pedaqoji ixtisaslarda plan yerlərinin azalması qısa müddətdə rəqabəti daha da kəskinləşdirəcək. Çünki hazırda universitetlərdə təhsil alan çoxlu sayda gənc 2-3 ilə əmək bazarına daxil olacaq. Amma orta müddətdə vəziyyət dəyişəcək: “4-5 ildən sonra əmək bazarında vəziyyət tamamilə başqa olacaq. Çünki plan yerlərinin hədəfli şəkildə azaldılması yeni məzun axınının sürətini aşağı salır, nəticədə, əmək bazarına daxil olan gənc müəllimlərin sayı tədricən real vakansiyalara uyğunlaşır. Bu, təklifin daha balanslı olmasına, həm də işə qəbul mexanizmlərinin “daha seçici” xarakter almasına gətirib çıxarır. Yəni əvvəlki kimi kəmiyyət üstünlük təşkil etmir, əksinə, keyfiyyətli və motivasiyalı namizədlər ön plana çıxırlar. Bu islahatlar əmək bazarında sabitlik və balans yaratmaqla yanaşı, şagirdlərin nailiyyətlərinə də müsbət təsir göstərəcək. Çünki beynəlxalq təcrübədə də sübut edildiyi kimi, müəllim keyfiyyətinin yüksəlməsi birbaşa şagird nəticələrinin yaxşılaşmasına səbəb olur. Uzunmüddətli perspektivdə bu həm milli qiymətləndirmələrdə, həm də PISA, TIMSS, PIRLS kimi beynəlxalq göstəricilərdə Azərbaycanın mövqeyini gücləndirə bilər. 

Beləliklə, məqsəd kəmiyyət deyil, keyfiyyəti önə çıxarmaqdır. Bu siyasət nəticəsində pedaqoji peşəyə həqiqi marağı olan, motivasiyalı gənclər seçiləcək, müəllimlik nüfuzlu və rəqabətqabiliyyətli peşəyə çevriləcək. Həm müəllimlərin peşəkarlıq səviyyəsi yüksələcək, həm də ölkənin təhsil strategiyası dayanıqlı və rəqabətqabiliyyətli platformaya daşınacaq”, – deyə R.Ağayev bildirib.

Şərhlər

Xəbər lenti

26 avqust, 12:02

Azərbaycanda “robot repetitor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

26 avqust, 11:46

Peşə təhsilini seçənlərin sayı 2 dəfədən çox artıb

26 avqust, 11:40

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb

26 avqust, 11:33

"Yenilənən məktəblər": Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbi – FOTOLAR

26 avqust, 11:20

Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 avqust, 11:18

Əminağa Sadıqov: Süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı prioritet olmalıdır

26 avqust, 11:06

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 avqust, 11:02

Ulduzlara doğru: Yeniyetmələrimizin elm arenasındakı parlaq uğuru

26 avqust, 10:56

Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 avqust, 10:54

Şagirdlərdən 100 faiz uğur – Bir məktəbin iki sinfi ali məktəbə qəbul oldu     

26 avqust, 10:49

Əminağa Sadıqov: Uzun illər keçirilən elmi konfransların nəticələri ürəkaçan olmayıb

26 avqust, 10:40

AMEA-nın vitse-prezidenti: “Süni intellektlə bağlı ölkədə zəruri məlumatlar yoxdur”

26 avqust, 10:19

30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb

26 avqust, 10:16

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlayır

26 avqust, 10:09

Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir

26 avqust, 09:58

EATDA ilə AzTU nümayəndə heyəti arasında görüş keçirilib

26 avqust, 09:57

Mehriban Əliyeva – Vətənə və xalqa xidmət nümunəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.