
Bu gün Bakıda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfrans öz işinə start verib.
“Azərbaycan müəllimi” xəbər verir ki, üç gün davam edəcək tədbir 28 avqustda başa çatacaq. Konfransın məqsədi süni intellekt, idarəetmə sistemləri, siqnal emalı, optimallaşdırma və görüntülərin tanınması sahələrində son elmi nailiyyətləri müzakirə etmək, qabaqcıl tədqiqatları təqdim etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Hibrid formatda keçirilən konfransda Türkiyə, ABŞ, Polşa, Fransa, Belçika, Gürcüstan, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Estoniya, İsveçrə, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Yaponiya və digər ölkələrin aparıcı alimləri iştirak edir.
İlk gündən plenar və bölmə iclasları ilə davam edən konfransın müzakirə mövzuları isə bunlardır:
• Optimallaşdırma və optimal idarəetmə;
• Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;
• Ədədi üsullar və hesablama texnologiyaları;
• Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu;
• Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi;
• İntellektual sistemlər və qərarların qəbulu;
• Nümunələrin tanınması üsulları və sistemləri;
• Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri.
Konfransda 30-dan çox müxtəlif ölkənin elm ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun akademik, baş direktoru Əli Abbasov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun akademik, baş direktoru Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Əminağa Sadıqov, ABŞ-nin Ueyn Dövlət Universitetinin təmsilçisi Boris Morduxoviç, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Örkən Mamırbayev və s. iştirak edirlər.
Qeyd edək ki, 2006-cı ildən Bakı şəhərində davamlı olaraq keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər