Bütün xəbərlər
17 yanvar, 16:54

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatının (ADPU TGT) dəstəyi ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdən əvvəl ADPU rəhbərliyi tərəfindən Ümumilli Lider Heydər Əliyevin universitetdəki abidəsi və “Zəfər guşəsi”nin önünə gül dəstələri qoyulub, Ulu Öndər və vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu dərin ehtiramla yad edilib.

ADPU-nun Heydər Əliyev Məktəbinin Lektoriyasında keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı sovet imperiyasının amansız zülmünə qarşı öz əzmini, milli iradəsini və müstəqillik arzularını bütün dünyaya nümayiş etdirdi. Həmin gecə sovet ordusu misli görünməmiş qəddarlıqla Bakı və digər bölgələrdə dinc əhalini gülləbaran etdi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.

İnsanlığa, ədalətə və azadlıq ideallarına qarşı törədilmiş ağır bir cinayət olan bu faciənin xalqımızın mübarizə əzmini qıra bilmədiyini vurğulayan rektor 20 Yanvar gecəsinin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu qeyd edib.

C.Cəfərov vurğulayıb ki, 20 Yanvar faciəsinin ilk günlərində Ümummilli Lider Heydər Əliyevin göstərdiyi qətiyyət və cəsarət – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı cinayəti açıq şəkildə pisləməsi, sovet rəhbərliyinin hərəkətlərini insan hüquqlarına və beynəlxalq hüquqa zidd adlandırması xalqımız üçün ümid çırağı olmuşdur. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün həmin yol Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Azərbaycan artıq yalnız regionda deyil, dünyada nüfuz sahibi olan güclü və müstəqil dövlətdir.

20 Yanvar faciəsini özündə əks etdirən videoçarxın nümayiş etdirilməsindən sonra universitetin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi Raminə Hüseynli 20 Yanvar hadisələrinin tarixi aspektləri, faciənin törədilmə səbəbləri və nəticələri, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev isə 20 Yanvar hadisələrindən sonrakı proseslər, güclü Azərbaycanın formalaşmasında bu hadisənin rolu barədə məruzə ediblər.

1 /5

Şərhlər

Xəbər lenti

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqublu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.