Bütün xəbərlər
14 may, 11:24

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Unudulmaqda olan türk sənətlərinin dünyaya tanıdılması" mövzusunda elmi-mədəni seminar keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, seminar Türk dünyasının ortaq tarixi, memarlıq və sənət irsini tanıtmaq, unudulmaqda olan türk sənətlərini – o cümlədən ebru, təzhib və kilimçilik kimi sənət növlərini yenidən gündəmə gətirmək, tələbələrdə milli-mədəni dəyərlərə maraq oyatmaq və bu sahədə fəallığa təşviq etmək məqsədi daşıyıb.

Əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Gülnar Ələkbərovanın iştirakı ilə Turan Elçiləri Təşkilatı (TET) Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Cəlal Öztəmiz, təşkilatın rəhbər müavini İmran Öyüdverən, TET Türk Dünyası Sənət Şurasının rəhbəri Bəhiyə Yılmaz və şuranın üzvü, TET Türk Dünyası Akademiyası İdarə Heyətinin üzvü Danişmənd Hüseyn Şahinlə görüş keçirilib.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri, ortaq mədəni və tarixi bağlar, eləcə də bu kimi birgə elmi-mədəni layihələrin əhəmiyyəti müzakirə olunub. Qonaqlar Azərbaycan universitetlərində türk sənət irsinə göstərilən diqqət və marağı yüksək qiymətləndirib, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.

Sonra elmi-mədəni seminar təşkil olunub. Seminarda Danişmənd Hüseyn Şahin “Danişməndli dövlətində memarlıq və sənət” mövzusunda geniş təqdimatla çıxış edib.

Bəhiyə Yılmaz “Unudulmaqda olan türk sənətləri: ebru, təzhib və türk kilimləri” mövzusunda məruzə ilə çıxış edərək bu sənət növlərinin tarixi, estetik dəyərləri və bu günümüz üçün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində Bəhiyə Yılmaz tələbələr üçün ebru sənətinə dair praktiki məşğələ təşkil edib. Məşğələdə tələbələr əyani şəkildə ebru sənətinin incəliklərini öyrəniblər.

1 /7

Şərhlər

Xəbər lenti

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:49

Sertifikatlaşdırmaya "AzEduNet" təşkilatı tərəfindən texnoloji dəstək

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.