Bütün xəbərlər
21 iyun, 14:09

Naxçıvan Dövlət Universiteti Macarıstanın Con Fon Neyman Universiteti ilə birgə ikili diplom proqramına start verib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqram çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tədrisi ingilis dilində aparılan “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.

Tələbələr bu proqram çərçivəsində təhsillərinin müəyyən hissəsini Macarıstanda yerləşən Con Fon Neyman Universitetində davam etdirəcək, nəticədə isə həm Naxçıvan Dövlət Universitetinin, həm də Macarıstanın aparıcı ali təhsil müəssisəsinin diplomlarını əldə edəcəklər. Proqram 3+1 formatında həyata keçiriləcək, belə ki, Naxçıvan Dövlət Universitetinə qəbul olunan tələbələr 1,2,4-cü kursları Naxçıvan Dövlət Universitetində, 3-cü kursu işə Con Fon Neyman Universitetinə təhsil alacaqlar. Bu təhsil imkanı 25 oktyabr 2024-cü il tarixində Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsinə əsaslanır. İkili diplom Azərbaycanın təhsil məkanının Avropaya inteqrasiyasında yeni bir mərhələ olmaqla, bu proqramda iştirak edən tələbələrin həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına şərait yaradacaq. Çünki Macarıstanın Con Fon Neyman Universiteti mühəndislik və informasiya texnologiyaları sahəsində dünyada tanınan təhsil müəssisələrindən biridir. Universitetin sənaye ilə sıx əlaqələri, Avrasiya Bilik Mərkəzi, Müdafiə Sənayesi və Animasiya üzrə ixtisaslaşmış mərkəzləri tələbələr üçün real layihələrdə iştirak və təcrübə proqramları imkanı yaradır. Ən əsası diplomu dünyada tanınan universitetlərdən birində təhsil almaq tələbələrin beynəlxalq karyera yollarına yeni fürsətlər təklif edir.

Bu əməkdaşlıq Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlərindən biridir. Eyni zamanda, ikili diplom proqramında  yalnız akademik təhsil deyil, həm də tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri, innovativ texnologiyalara çıxış və peşəkar inkişaf imkanları da nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində digər təhsil fürsəti də artıq 2022-2023-cü tədris ilindən NDU və Türkiyənin Çankırı Karatekin Universiteti arasında ikili diplom layihəsi əsasında “İqtisadiyyat” ixtisası üzrə təklif olunur və tələbə qəbulu həyata keçirilir. Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinə qəbul olmuş tələbələr 2024/2025-ci tədris ilindən etibarən qardaş ölkənin Çankırı Karatekin Universitetində təhsillərini davam etdirməkdədirlər. Bu proqram 2+2 formatında həyata keçirilir.

Şərhlər

Xəbər lenti

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.