Bütün xəbərlər
21 iyun, 14:56

İyunun 20-dən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 14 (dizayn) və Tofiq Bəhramov adına Respublika stadionunda İdman istiqamətinin 62-ci komissiyaları üzrə  (ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi) qabiliyyət imtahanları keçirilir.

Abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanlarında iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncə “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqəsindən əlavə sağlamlıq haqqında arayış (forma 86U) da təqdim etməlidirlər.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında 21 iyun 2025-ci il tarixinə olan məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.

Şərhlər

Xəbər lenti

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

27 avqust, 11:20

Bu gündən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlayır

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.