.jpg)
İyunun 14-də 112 000-dən çox məzunun, onların valideynlərinin və yaxınlarının, müəllimlərin iştirakı ilə məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib:
"Bununla yanaşı, MÜTDA və onun yerli təhsili idarəetmə bölmələri tərəfindən müəssisələrdə “Son zəng” gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədilə monitorinqlər aparılıb.
Tədbirlərin icrasına nəzarət və aparılan monitorinqlər nəticəsində deyə bilərik ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda, təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib.
Təlimatın tələblərinə anlayışla yanaşdıqlarına görə valideynlərə, ictimai asayişin qorunmasını təmin etdiyinə görə Daxili İşlər Nazirliyinin yerli bölmələrinə, eyni zamanda məktəblərin pedaqoji kollektivlərinə təşəkkür edirik.
Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan müəyyən hallar da müşahidə olunub.
Həmin məktəblərin direktorları, sinif rəhbərləri ilə bu barədə söhbət aparılıb, müvafiq inzibati tənbeh tədbirləri görülüb.
İctimaiyyəti minlərlə insanın iştirakçılığı ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə baş vermiş azsaylı xoşagəlməz hadisələri ümumiləşdirmədən məktəb və müəllim nüfuzunun qorunmasında dəstək olmağa çağırırıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər