Bütün xəbərlər
21 iyun, 16:01

İyunun 21-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, nazir müavini Azərbaycan Respublikasının elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar, texnologiya əsaslı təhsil modellərinin inkişafı, süni intellektin təhsilə inteqrasiyası, o cümlədən rəqəmsal bacarıqların tədrisi istiqamətində atılan addımlar haqqında məlumat verib. Kənan Kərimzadə həmçinin ölkənin elm və innovasiya gündəliyində süni intellekt, biotexnologiya, enerji texnologiyaları və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyən edildiyini vurğulayıb.  

Kənan Kərimzadə çıxışında Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsindəki strateji əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib, 2024-cü ildə Azərbaycanda keçirilmiş TEKNOFEST festivalının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

Nazir müavini ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksəlməsi, böyük dil modellərinin hazırlanması istiqamətində yerli və beynəlxalq texnoloji tərəfdaşlarla əməkdaşlıq və "SABAH.city" innovasiya klasterinin yaradılması kimi təşəbbüslər barədə də məlumat verib. 

Sonda Kənan Kərimzadə belə mötəbər beynəlxalq platformaların təhsil sahəsində qlobal əməkdaşlıqların möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq tədbirə dəvət və qonaqpərvərliyə görə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinə təşəkkürünü bildirib.

1 /8

Şərhlər

Xəbər lenti

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.