Bütün xəbərlər
21 iyun, 10:12

İyunun 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında iştirak edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini Firudin Qurbanov çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsinin, tarixən inkişaf edən qardaşlıq münasibətlərinin və əldə olunmuş razılaşmaların dayandığını vurğulayıb. Bildirilib ki, elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Komissiyanın iclası çərçivəsində həmçinin iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. 

Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov iclasda çıxış edərək ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər və əməkdaşlığın yeni sahələr üzrə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. 

Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.

1 /5

Şərhlər

Xəbər lenti

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.