Bütün xəbərlər
13 may, 16:36

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə  universitetdə sistemli işlər görülür.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında müsabiqə haqqında məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi daşıyır. Universitetin Gənc alimlər və tədqiqatçılar şurasının təşkilatçılığı ilə keçirilən müsabiqədə  ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 39-a qədər olan gəncləri əhatə edən müsabiqədə  2 nominasiya –  “Riyaziyyat və təbiət elmləri”  və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyən edilib. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müəllimi Aynur Məmmədova I, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Qumru Bəlaxanova II yerə layiq görülüb. “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev I, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva II, Azərbaycan tarixi kafedrasının müəllimi Sahibə Musayeva və Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova III yerin sahibi olub.

Müvafiq olaraq, I yerin qalibləri 350 AZN, II yerin qalibləri 250 AZN, III yerin qalibləri isə 150 AZN pul mükafatı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə ADPU-da gənc alimlərin elmi fəaliyyətə marağını artırmaq, onların cəmiyyət üçün faydalı elmi nəticələr əldə etməsinə stimul vermək məqsədi daşıyır. Universitet rəhbərliyi tərəfindən belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.