Bütün xəbərlər
13 iyun, 10:27

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU və Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə 10 ölkədən — Azərbaycan, Türkiyə, Hindistan, Əlcəzair, Rumıniya, Polşa, Səudiyyə Ərəbistanı, Portuqaliya, Anqola və Qanadan elm və təhsil mütəxəssisləri qatılıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransda açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, konqres müasir təhsil sisteminin qarşısında duran çağırışların müzakirəsi və yeni həll yollarının formalaşdırılması baxımından əhəmiyyətli platformadır. Rektor bildirib ki, təhsilin yalnız daxili deyil, həm də beynəlxalq ölçüdə düşünülməsi vacibdir və bugünkü qloballaşan dünyada elm adamlarının birgə işləməsi, təcrübə mübadiləsi aparması, eyni zamanda ortaq elmi nəticələr əldə etməsi son dərəcə önəmlidir. Qeyd edilib ki, belə beynəlxalq tədbirlər tədqiqatçıların qarşılıqlı öyrənmə prosesini gücləndirir, innovativ yanaşmaların tətbiqini stimullaşdırır və elmi biliklərin yayılmasında körpü rolu oynayır. Konqresin işinə uğurlar arzu edən C. Cəfərov onu da bildirib ki, konqresə dünyanın müxtəlif ölkələrindən qatılan alimlərin iştirakı Azərbaycan elminin dünya elminə inteqrasiya səviyyəsinin bariz nümunəsidir. O, tədbirdə təqdim olunacaq məruzələrin və keçiriləcək elmi diskussiyaların təhsil siyasətinə və tətbiqi sahələrə də mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında tədbirin elmi potensialından bəhs edərək bildirib ki, XXI yüzillikdə biliklər iqtisadiyyatının sürətli inkişafı informasiya cəmiyyətinin formalaşması,süni intellekt texnologiyalarının coğrafiyasının genişlənməsi təhsil və elm sahəsində də fundamental dəyişiklikləri zərurətə çevirir. Onlayn təhsil platformaları,süni intellekt əsaslı təlim köməkçiləri, artırılmış və virtual reallıq (VR/AR) texnologiyaları,data analizinə əsaslanan qiymətləndirmə modelləri, Gamifikasiya və interaktiv öyrənmə metodları kimi imkanların müasir təhsildə geniş istifadəsinin vacibliyini diqqətə çatdıran prorektor bu texnologiyaların yalnız öyrənmə prosesini daha maraqlı və əhatəli etmədiyini,eyni zamanda fərdi yanaşmaların təmin edilməsinə imkan yaratdığını bildirib. A.Zamanov qeyd edib ki, süni intellekt əsaslı Milli Rəqəmsal Təhsil Platformasının yaradılması, virtual və artırılmış reallıq əsaslı laboratoriyaların təbiət və texniki fənlər üzrə tətbiqi, müəllimlər üçün rəqəmsal mentorluq proqramlarının genişləndirilməsi və şagirdlər arasında kodlaşdırma, robototexnika və data analizinə marağın artırılması üçün müsabiqələrin təşkili artıq zərurətə çevrilib. Qeyd edilib ki, bu istiqamətlər üzrə dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq əməkdaşlığın artırılması vacibdir və keçirilən konqres bu baxımdan vacib əhəmiyyət daşıyır.

Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərəstun Mehdiyev və İKSAD başqanı Mustafa Latif çıxışlarında konqresin təşkilati və elmi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür beynəlxalq tədbirlər elmi ideyaların mübadiləsi, tədqiqat nəticələrinin təqdimatı və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əvəzsizdir.

Konqres çərçivəsində iştirakçı ölkələrin alimlərin iştirakı ilə eyni vaxtda həm üzbəüz, həm də onlayn formatda paralel sessiyalar təşkil olunub. Təqdimatlar müxtəlif zal və bölmələrdə moderatorların rəhbərliyi ilə həyata keçirilib.

Konqresdə süni intellektin təhsildə tətbiqi, inklüziv təhsil, sosial media və gənclərin psixoloji rifahı, STEAM texnologiyaları, davamlı inkişaf, dil və tarix təliminin metodikası, ədəbiyyatın müasir təhlili, biomüxtəliflik, urbanizasiya və digər aktual mövzularda məruzələr təqdim olunub. Konqresə iyunun 13-də yekun vurulması nəzərdə tutulub.

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.