Bütün xəbərlər
28 fevral, 11:12

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüdün verilməsi ilə bağlı tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, "Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüd akademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəal iştirak edən iki tələbəyə təqdim edilib.

Tədbirdə ADU-nun rəhbərliyi, "Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayev, ravvin Abraham və tələbələr iştirak ediblər. 

ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayaraq, Azərbaycan-İsrail münasibətlərindən söz açıb. Qeyd olunub ki, hər iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər özünü siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də göstərməkdədir:

“Bu gün əlamətdar bir gündür. Tələbələrimiz Azərbaycanın Milli Qəhərmanı, əslən yəhudi olan, Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun adına təsis olunmuş təqaüdə layiq görülüb. Bu çox önəmli bir hadisədir. Azərbaycan və İsrail xalqları uzun illərdir multikultural dəyərlərə hörmət və ehtiram içərisində yaşayır. Azərbaycanda hökm sürən multikultural ab-hava bütün dünya üçün örnək olmalıdır”. 

"Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayev səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, təsis olunan təqaüd ADU tələbələrinə əlavə stimul və motivasiya olacaq. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd həm də birliyimizin, dostluğumuzun və tərəfdaşlığımızın bir nümunəsidir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova təqaüd haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, tələbələrin elmi bacarıqlarının artırılması və inkişafı baxımından belə təqaüdlərin təsis olunması olduqca əhəmiyyətlidir.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd İsrailşünaslıq ixtisasının ikinci kurs tələbəsi Ağazadə Rauf Vüqar oğluna və İsrailşünaslıq ixtisasının üçüncü kurs tələbəsi Zeynalov Şahnəzər Elyar oğluna təqdim olunub. 

1 /4

Şərhlər

Xəbər lenti

18 may, 14:13

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

18 may, 14:00

Qarabağın bəzi məktəbləri ilk dəfə monitorinqə cəlb edilib

18 may, 13:54

Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

18 may, 13:50

Naxçıvanda VI sinif şagirdləri üçün monitorinq keçirilib

18 may, 13:45

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

18 may, 08:57

“Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri BANM-də təlim keçiblər

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 21:09

Monitorinq imtahanında texniki nasazlıq olub, şagirdlərə əlavə vaxt verilib

17 may, 15:53

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.