Bütün xəbərlər
4 mart, 10:27

Dünyada sürətlə baş verən texnoloji yeniliklər, iş dünyasının dəyişən tələbləri və yeni bacarıq ehtiyacları təhsil sistemlərindən innovativ yanaşmalar tələb edir. Buna görə də ali təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması prioritet məsələlərdən birinə çevrilib. Elm və Təhsil Nazirliyində ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan komissiyanın fəaliyyəti nəticəsində bu sahədə əsaslı dəyişikliklərin ediləcəyi gözlənilir. Bunun sayəsində təhsil proqramının hazırlanmasında birbaşa əmək bazarının iştirak edəcəyi, ixtisaslaşma üzrə təlim nəticələrinin müəyyən ediləcəyi, məzunların bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılacağı proqnozlaşdırılır.

“Universitetlərdə inkişaf şuraları yaradıla bilər”

UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova “Azərbaycan müəllimi”nə bildirib ki, qlobal əmək bazarına inteqrasiya olunmaq üçün ali təhsil proqramları beynəlxalq təcrübəyə əsaslanaraq yenilənməlidir: 

“Sənaye və texnologiya sürətlə inkişaf edir, buna görə də universitetlər tədris proqramlarını daim yeniləməli və tələbələri dəyişən əmək bazarına hazırlamalıdır. Hesab edirəm ki, tələbələr yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməməli, eyni zamanda, bu bilikləri praktik mühitdə tətbiq etməyi öyrənməlidirlər. Təcrübə proqramları, şirkətlərlə birgə həyata keçirilən layihələr və innovativ tədris metodları bu prosesin əsas hissələrindən biri olmalıdır. Buna görə də təhsil proqramlarının yenilənməsi təkcə texniki biliklərin artırılması deyil, həm də tələbələrin çevik düşünmə, problem həlletmə və əmək bazarında özlərini düzgün təqdimetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından önəmlidir.

Azərbaycanda beynəlxalq təcrübəni tətbiq etmək üçün bir neçə əsas addım atıla bilər. Bunlardan biri ali təhsil müəssisələrində inkişaf şuralarının yaradılmasıdır. Bu şuraların tərkibinə proqram rəhbərləri, sənaye sektorunun, tələbə ittifaqlarının nümayəndələri və məzunlar daxil edilməlidir. Bu komitə əmək bazarının tələblərini mütəmadi olaraq izləməli və tədris proqramlarının tələblərə uyğun yenilənməsinə kömək etməlidir.

Akademik heyət sənaye nümayəndələri ilə mütəmadi əlaqədə olmalı və kursların məzmununu bazar ehtiyaclarına uyğunlaşdırmalıdır. Dərslərin adı eyni qala bilər, lakin onların məzmunu dəyişən tələblərə uyğun tənzimlənməlidir. Müəllim illər boyunca eyni məzmunu təqdim edə bilməz, məzmun tələbələrin biliyinə və sənayenin tələblərinə görə uyğunlaşmalıdır”.

“Universitetlər yalnız akademik heyətin deyil, tələbələrin ideyalarına da açıq olmalıdır”

L.Nəsibova qeyd edir ki, tələbələrə konkret biliklərdən daha çox fundamental biliklər və elmi əsaslar öyrədilməlidir. Çünki spesifik biliklər zamanla aktuallığını itirə bilər, amma baza bilikləri tələbələrin yenilikləri qısa müddətdə mənimsəməsinə imkan yaradır. Emosional zəka, adaptasiya, tənqidi düşünmə, təqdimat bacarıqları və komanda işi müasir dövrdə texniki biliklər qədər vacibdir. Təhsil proqramları da bu bacarıqların inkişafına yönəldilməlidir:

“İlk növbədə magistratura və doktorantura tələbələrinin tədqiqatları real sənaye problemləri ilə əlaqələndirilməlidir. Fikrimcə, universitetlər yalnız akademik heyətin fikirlərinə əsaslanmamalı, tələbələrin ideyalarına da açıq olmalıdır. Gənclər gələcəyin əmək bazarını formalaşdıran əsas qüvvədir. Buna görə də təhsil proqramlarının yenilənməsinə universitetlərlə yanaşı tələbələr də cəlb edilməlidirlər. Universitetlər gənclərin kreativliyinə və yeni ideyalarına etibar etməlidir ki, onları sənaye üçün daha cəlbedici edə bilsin.

Ali təhsil müəssisələrinin əsas vəzifəsi tələbələri müstəqil düşünə bilən, çevik və innovativ mütəxəssislər kimi yetişdirməkdir. Universitetlər sənaye sahələri ilə əməkdaşlıq çərçivəsində real problemlərin həlli üçün layihələr həyata keçirməlidir. Şirkətlər üçün universitetlərlə əməkdaşlıq edərkən vergi güzəştləri, qrantlar və digər stimullar nəzərdə tutula bilər. Ümumiyyətlə, universitetlər tələbələri startap və innovasiya layihələrinə cəlb etməlidir ki, onların bazarda iş tapmaq bacarıqları artsın.

Beynəlxalq təcrübədə tələbələr universitetin təqdim etdiyi təcrübə yerləri ilə kifayətlənmir, özləri real iş bazarında müsahibələrdən keçməyi öyrənirlər. Mənə görə, universitetlər tələbələrə vakansiyalar barədə məlumat verməli, lakin onların özlərinin müraciət etməsinə şərait yaratmalıdırlar. Bunun üçün müxtəlif şirkətlərin insan resurslarında ibarət olan bir cəmiyyət yaradaraq tələbələr üçün test müsahibələr təşkil oluna bilər.

Bütün gənc mütəxəssislər, məncə, bu şüar altında inkişaf etməlidirlər: “Xəyal et, sına və həyata keçir!” Universitetlər də bunun üçün şərait yaratmalıdır. Bu yanaşma ilə gələcəyin uğurlu mütəxəssisləri formalaşacaq”, – deyə o bildirib.

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.