Bütün xəbərlər
2 aprel, 16:00

Şimali Kipr Türk Respublikasının Beynəlxalq Final Universitetinin rektor əvəzi professor Orhan Gemikonaklı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə universitetin icraçı direktoru dosent Bülənt Taşel və beynəlxalq əlaqələr üzrə kordinatoru, "Multicultural Summer School" departamentinin direktoru Orxan Həsənoğlu da iştirak ediblər.

Qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə hər iki rektor rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, gələcəkdəki əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Professor Orhan Gemikonaklı Beynəlxalq Final Universitetinin tədris və tədqiqat fəaliyyətləri barədə geniş məlumat verib. O, universitetin yüksək keyfiyyətli təhsil, elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsindəki uğurlarını vurğulayıb. Beynəlxalq Final Universitetinin tələbə mübadiləsi, innovativ tədris metodları və müxtəlif sahələrdəki mütəxəssislər yetişdirməyə olan diqqəti haqqında danışan Orhan Gemikonaklı bu xüsusiyyətləri ilə universitetin dünyanın müxtəlif ölkələrində tanındığını qeyd edib.  

Professor Gülçöhrə Məmmədova universitetin yüksək akademik keyfiyyətini, müasir tədris metodlarını, həmçinin tələbələrin nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müxtəlif proqramları haqqında danışıb.

Azərbaycanda memarlıq və inşaat sahələri üzrə ali təhsilin tarixinə toxunan rektor bildirib ki, bu sahələr 1920-ci ildən etibarən inkişaf etməyə başlayıb: “Memarlıq və inşaat mühəndisliyi ixtisasları müxtəlif dövrlərdə müxtəlif ali təhsil müəssisələrinin tərkibində yer alıb. Yalnız 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi səyləri ilə indiki AzMİU yaradılıb və hazırda biz universitetin 50 illik yubleyi ərəfəsindəyik. 1920-1930-cu illərdən başlayaraq Bakıda inşa edilən tikililərin böyük əksəriyyətinin memarı və mühəndisi məhz bizim məzunlarımız olub”. 

Görüşdə iqtisadiyyat, iqtisadi idarəetmə, memarlıq, dizayn ixtisasları və mühəndisliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Hər iki universitetin tədris təcrübəsinə, beynəlxalq əməkdaşlıq imkanlarına, maddi texniki təminatına və kadr potensialına toxunulub.

Müzakirələr zamanı Uluslararası Final Universiteti ilə AzMİU arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə seminarların və konfransların təşkili, elmi nəticələrin mübadiləsi, alimlərin müştərək tədqiqatları və indeksli beynəlxalq nəşirlərdə birgə çap olunması məsələləri ətrafında detallı fikir mübadiləsi aparılıb. Rektorlar elmi əməkdaşlığın tədris proqramlarının inkişafına və akademik mühitin daha da zənginləşməsinə böyük təsir göstərəcəyini vurğulayıblar. Bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq miqyasda yüksək keyfiyyətli tədqiqatların aparılmasına və mütəxəssis hazırlığı sahəsində yeni imkanların yaradılmasına təkan verəcəyini söyləyiblər.

Görüşün sonunda hər iki tərəf qarşılıqlı əməkdaşlıq barədə müsbət rəy bildirib və gələcəkdə daha konkret layihələr üzrə birgə fəaliyyət göstərmək üçün razılığa gəliblər. AzMİU və Beynəlxalq Final Universiteti arasında elmi və tədris sahəsində əməkdaşlığın genişlənməsi, yeni təhsil və tədqiqat imkanlarının yaradılması istiqamətində əhəmiyyətli addımların atılacağına inam ifadə edilib.

1 /5

Şərhlər

Xəbər lenti

23 iyun, 20:30

"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib

23 iyun, 17:43

TKTA BDU-da “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” adlı seminar keçirir

23 iyun, 17:29

Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

23 iyun, 17:19

Leyla Əliyeva məzun günündə iştirak edib - FOTO

23 iyun, 16:54

“Sən bacararsan!” – Kiçik cümlənin yaratdığı böyük dəyişiklik

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.