.jpeg)
"“Gənc qızların təhsilinə dəstək” layihəsinin əsas ideyası təhsil almaq istəyən, lakin sosial və maddi çətinliklərlə üzləşən qızlara real dəstək göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam aşılamaqdır. Bu layihə yüzlərlə gənc üçün yeni imkanlar açır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” ilə bağlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirib.
Komitə sədri qeyd edib ki, layihə qısa zamanda böyük populyarlıq qazanıb: "Dövlət komitəsi olaraq bu tarixi irsi yaşatmaq və yeni dövrə uyğun davam etdirmək məqsədilə 2021-ci ildə bu təşəbbüsə start verilib. Qadının cəmiyyətdəki rolu, təhsilin gücü və gələcəyin məhz təhsildən başlanması ideyası bu layihənin əsasını təşkil edir. Layihənin ilk tərəfdaşlarından olan Elm və Təhsil Nazirliyinin dəstəyi nəticəsində bu təşəbbüs daha da güclənib, coğrafiyası genişlənib və davamlılığı təmin olunub. Bu günədək yüzlərlə tələbə qız bu layihədən faydalanaraq təhsillərini davam etdirib, yeni imkanlar əldə ediblər”.
O əlavə edib ki, “Arzumuz var”, “Zərif mühəndislər”, “Parla” və digər proqramlar vasitəsilə 58 rayonu və 27 ali təhsil müəssisəsini əhatə edən bu təşəbbüs cəmiyyətin inkişafının təhsilli qadınlardan başladığını bir daha təsdiqləyir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər