
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci (ümumilikdə 711-ci) sayı işıq üzü görüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, baş redaktor Arzu Soltanın oxuculara ünvanladığı müraciətdə qeyd olunub ki, “Azərbaycan məktəbi” jurnalı təhsilin bütün pillə və səviyyələrini əhatə edir və məqsədi Azərbaycanın daim yenilənən, inkişaf edən, müasir dünya ilə ayaqlaşan təhsilinə töhfə verməkdir. Baş redaktor müəllif və oxucu auditoriyasının bu məqsədlə həmrəylik nümayiş etdirdiyini vurğulayaraq hər kəsi təhsil prosesində fəal iştirak etməyə çağırıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilati dəstəyi ilə işıq üzü görən jurnalın bu sayında Leyla Sultanlı, Nərmin Xalıqova, Aysel Əsədova, Hümeyir Əhmədov, Yaqub Babayev, Arif Əsədov, Dilarə Rəfi, Aysel Fətəliyeva, Sahib Süleymanov, Nuriyyə Əliyeva, Səadət Əsədova və Günel Hüseynovanın müəllifi olduqları müxtəlif aktual məqalələr dərc olunub.
Jurnalın yeni sayı ilə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz:
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər