Bütün xəbərlər
23 iyun, 13:50

““Gənc qızların təhsilinə dəstək” layihənin ilk tərəfdaşı kimi bu təşəbbüsə qoşulmaq vacib və həlledici addımlardan biridir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” ilə bağlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.  

Nazir vurğulayıb ki, qızların təhsilinə dəstək həm sosial ədalətin təmin olunması, həm də ölkənin gələcək inkişafına töhfə baxımından strateji əhəmiyyət daşıyır.

Emin Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyinin layihəyə verdiyi dəstək onun daha da genişlənməsinə və davamlılığının təmin olunmasına səbəb olub. Hazırda yüzlərlə tələbə qız bu layihədən faydalanır və həyatlarında yeni imkanlar əldə edir.  

Nazir onu da əlavə edib ki, tərəfdaşlıq əsasında aparılan işlər nəticəsində layihə yeni formatlarda da inkişaf etdirilib. 

O bildirib ki, bu təşəbbüslər bir daha sübut edir ki, qadınların təhsili və gücləndirilməsi cəmiyyətin hərtərəfli inkişafının əsasını təşkil edir.

E.Əmrullayev tədbirdə Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub və fondun qızların təhsilinə verdiyi töhfəni xüsusi qeyd edib:

"Bu gün Leyla Əliyevanın tədbirimizdə iştirakından istifadə edərək Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkmək istəyirəm. Qızların təhsilində göstərdikləri dəstəyə görə təşəkkür edirik".

Şərhlər

Xəbər lenti

23 iyun, 17:29

Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

23 iyun, 17:19

“Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” keçirilib

23 iyun, 16:54

“Sən bacararsan!” – Kiçik cümlənin yaratdığı böyük dəyişiklik

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

23 iyun, 12:35

Azərbaycanda elmi kadr hazırlığı artır – Qadınların payı 50%-i keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.