Bütün xəbərlər
23 iyun, 15:12

“Bu günə qədər “Gənc qızların təhsilinə dəstək” layihəsinə 3 mindən çox müraciət daxil olub. Hazırda 350-yə yaxın gənc qız bu layihələr çərçivəsində təqaüd alır”.  

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu gün keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” tədbirində səsləndirib.

Fond rəhbəri qeyd edib ki, Təhsilin İnkişafı Fondu ölkə başçısının müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Fond fəaliyyətə başladığı gündən ilk layihəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qızların təhsilinə dəstək məqsədilə həyata keçirib. 

Onun sözlərinə görə, Fondun əsas proqramlarından biri – Azərbaycanda ilk qızlar məktəbinin yaradıcısı Hənifə xanım Məlikovanın adına olan layihə çərçivəsində hazırda 145 gənc qız ali təhsil müəssisələrində təhsil alır. Əgər 2022-ci ildə bu layihə cəmi 25 nəfəri əhatə edirdisə, bu rəqəm hazırda 145-ə çatıb.

O əlavə edib ki, "NEQSOL Holding"lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parlaq Təqaüd və İnkişaf Proqramı” sayəsində 100 qız informasiya texnologiyaları, mühəndislik və qeyri-ənənəvi sahələr üzrə ixtisas alıb. Onların arasında beş şəhid həyat yoldaşı da yer alır. 

E.Nəsibovun sözlərinə görə, bu layihənin rəhbərlərindən biri şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovadır: “Bu, bizim üçün qürurverici haldır”.

Fondun digər təşəbbüslərindən biri olan “Zərif mühəndislər” təqaüd proqramı isə Sumqayıt Texnologiyalar Parkı (STP) ilə birgə icra olunur. Bu layihə çərçivəsində 50 gənc qız kimya, sənaye və mühəndislik sahələrində təhsil alır.

Elnur Nəsibov bildirib ki, özəl sektorla birgə reallaşdırılan bu tip layihələrin üstünlüyü təkcə maddi dəstəkdə deyil, həm də iştirakçıların təcrübə və mentorluq proqramlarına cəlb olunmasında, eləcə də onların əmək bazarına inteqrasiyasında özünü göstərir.

O, həmçinin Azərbaycanın ilk qadın riyaziyyatçısı Maya Hacıyevanın adına keçirilən layihədən də söz açıb. Qeyd olunub ki, bu təşəbbüs çərçivəsində 30 gənc qız informasiya texnologiyaları üzrə ixtisas əldə edib.

Tədbirdə “Kapital Bank”la birgə həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı da təqdim olunub və bu təşəbbüsün əhəmiyyəti diqqətə çatdırılıb.

Şərhlər

Xəbər lenti

23 iyun, 17:43

TKTA BDU-da “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” adlı seminar keçirir

23 iyun, 17:29

Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

23 iyun, 17:19

“Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” keçirilib

23 iyun, 16:54

“Sən bacararsan!” – Kiçik cümlənin yaratdığı böyük dəyişiklik

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.