Bütün xəbərlər
23 iyun, 17:19

23 iyun 2025-ci il tarixində “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində dəstək alaraq ali təhsilini başa vuran tələbə qızların əzmkarlığını, təhsilə bağlılıqlarını və əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədilə “Məzun günü” keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə baş tutan layihənin “Məzun günü” tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət qurumları və özəl sektorun nümayəndələri, tərəfdaş qurumların təmsilçiləri, eləcə də layihənin iştirakçıları və məzunları iştirak edib.

Tədbir layihənin nəticələri və əldə olunan nailiyyətləri özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Açılış nitqləri ilə davam edən tədbirdə ilk olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. O, bu cür layihələrin davamlı və təsirli nəticələr verdiyini qeyd edib. B.Muradova çıxışında gənc qızların təhsil yolunda qarşılaşdıqları çətinlikləri dəf etmələrinin cəmiyyət üçün örnək olduğunu və bu cür təşəbbüslərin onların gələcəyinə inamı artırdığını bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qızların təhsilə cəlb olunmasının fərdi uğurlarla yanaşı, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini deyib. Nazir vurğulayıb ki, dövlət tərəfindən bu kimi təşəbbüslərin dəstəklənməsi təhsilin əlçatanlığını artırır və bərabər imkanların yaradılmasına xidmət edir. Emin Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyinin layihəyə verdiyi dəstək onun daha da genişlənməsinə və davamlılığının təmin olunmasına səbəb olub. Hazırda yüzlərlə tələbə qız bu layihədən faydalanır və həyatlarında yeni imkanlar əldə edir.  

Nazir bildirib ki, bir qadının təhsili, əslində, bir ananın təhsili deməkdir. Tədqiqatlar göstərir ki, təhsilli anaların övladları daha savadlı, daha hazırlıqlı və daha bacarıqlı böyüyürlər. Bu baxımdan qızların təhsilinə kiçik yaşlardan diqqət yetirmək dövlətin uzunmüddətli inkişafı üçün həlledici amildir. 

Emin Əmrullayevin sözlərinə görə, qızların təhsilinə dəstək həm sosial ədalətin təmin olunması, həm də ölkənin gələcək inkişafına töhfə baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər bir daha sübut edir ki, qadınların təhsili və gücləndirilməsi cəmiyyətin hərtərəfli inkişafının əsasını təşkil edir. 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc qızların təhsilinə dəstək” təşəbbüsünün təkcə maddi yardım deyil, gələcəyin parlaq və savadlı qadın liderlərinə açılan bir yol olduğunu diqqətə çatdırıb. Fond rəhbəri çıxışında, həmçinin dövlət-özəl tərəfdaşlığının vacibliyinə toxunaraq bildirib ki, bu cür təşəbbüslər özəl sektorun da sosial məsuliyyətə töhfə verməsi nəticəsində mümkün olur. Elnur Nəsibov gənc qızların uğurlarının bu əməkdaşlığın real nəticəsi olduğunu qeyd edib və bu modelin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Dillər Universitetinin, eləcə də “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının məzunu Leyla Vəliyeva, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin, həmçinin “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək, öz təəssüratlarını bölüşüb, təşkilatçı qurumlara təşəkkürünü ifadə ediblər.

Tədbirin davamında təqaüd proqramı və sosial layihənin məzunları səhnəyə dəvət olunub. Onlara təhsil müddətində göstərdikləri uğurlu nəticələrə və layihəni uğurla başa vurduqlarına görə təşəkkür edilib, təbriklər ünvanlanıb və gül dəstələri təqdim olunub.

“Məzun günü” bədii hissə ilə sona çatıb.

Qeyd edək ki, ali məktəblərə yüksək balla daxil olmuş, aztəminatlı və həssas qruplardan olan tələbə qızlara maddi dəstək göstərməyi hədəfləyən “Hənifə Məlikova adına qızların təhsilinə dəstək” təqaüd proqramı üzrə tələbələrə aylıq 200 manat təqaüd təyin olunur. 2021-ci ildə 14, 2022-2023-cü illərdə 25, 2024-cü ildə isə 145 tələbə qız bu imkanlardan faydalanıb. Artıq 12 tələbə qız ali təhsilini uğurla başa vuraraq məzun adını qazanıb.

2021-ci ildən həyata keçirilən və qəhrəman şəhidlərimizin ali məktəbə qəbul olmuş həyat yoldaşlarını sosial və mənəvi baxımdan dəstəkləyən “Sən tək deyilsən” sosial təşəbbüsü isə indiyədək 25 iştirakçını əhatə edib və 3 nəfər şəhid xanımı məzun olub.

1 /10

Şərhlər

Xəbər lenti

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında essə ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

DİM sədri: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.