Bütün xəbərlər
2 aprel, 16:42

Təhsil Tələbə Krediti Fondu aprelin 3-4-də Azərbaycan Texniki Universitetinin tələbələri üçün təlimlər keçirəcək. Təlimlərə 25 tələbənin qatılması nəzərdə tutulur.

Bu barədə “Azərbaycan müəllimi”nə fondun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova məlumat verib. 

Onun sözlərinə görə, təlim Təhsil Tələbə Kredit Fondunun həyata keçirdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla" adlı layihəsi çərçivəsində reallaşacaq: 

“Layihəyə fevral ayında start verilib. Əsas məqsədimiz tələbələri əmək bazarının tələblərinə uyğun şəkildə hazırlamaq, onların yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara - liderlik, komanda işi, ünsiyyət, vaxtın idarə olunması və problem həlletmə kimi yumşaq bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Təlimlər aprel ayının sonuna qədər keçiriləcək”.

Mütəxəssis məlumat verib ki, layihə başlanandan indiyə qədər dörd ali, 1 orta ixtisas təhsili müəssisəsində təlimlər keçirilib: “Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Biznes və Kooperasiya Kollecində təlimlərimiz olub. İndiyədək hər biri 2 saat olmaqla cəmi 10 təlim keçirmişik”.

G.Zeynalova əlavə edib ki, layihənin məqsədi tələbələrin gələcək karyeralarını daha uğurlu qurmasına, onların əmək bazarında özlərinə layiqli yer tapmasına kömək etməkdir. Layihə çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, eyni zamanda təhsil tələbə kreditlərindən faydalanan bütün tələbələr üçün “Liderlik və komanda işi”, “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” mövzularında təlimlər təşkil edilir.

Layihənin əsas məqsədi tələbələrin yumşaq bacarıqlara yiyələnməsinə, təhsil tələbə krediti almış tələbələrin əmək bazarına daha yaxşı inteqrasiya olunmasına dəstək verməkdir.

1 /2

Şərhlər

Xəbər lenti

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.